Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tarix 29.11.21, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün göydən daş yağsa, haqq etmişik, deyəcəm”.

Tanınmış hüquqşünas, vəkil və ictimai fəal Aslan İsmayılov sosial şəbəkədə paylaşdığı postunda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri məmur-korrupsioner Səttar Möhbalıyevi sərt tənqid edib. AzFakt.com həmin postu oxucularının diqqətinə cəlb edir:

“Əvvəllər ölkəni talan edənlər, bu gün də öz işlərindədirlər. 20 ildən artıq deputat olan, qazinin əmlakını əlindən almaqla onu özünü öldürməyə vadar edən, qohum-əqrəbasının evində qətl törədilən, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri məmur-korrupsioner Səttar Möhbalıyev başçılıq etdiyi ictimai təşkilatla öz əmlakı kimi davranmaqda davam edir. Patronları Ramiz Mehdiyev və qudası Əli Həsənov vəzifəsindən kənarlaşandan sonra məsuliyyətə cəlb olunmaq əvəzinə özünə yeni patron tapıb fəaliyyətini uğurla davam etdirir. Onu kimi başqaları da iş başındadırlar, sadəcə sahiblərin dəyişdirilməsi baş verir.

Vətən Müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına olan münasibət heç bir əndazəyə sığmır. Müharibə dövrü tuman altında gizlənən məmur balaları dədələri kimi eyş-işrət içində, torpaq uğrunda can verənlər isə imdad diləyirlər.

Bu gün göydən daş yağsa haqq etmişik deyəcəm”.

Qeyd edək ki, Səttar Möhbalıyev 30 ilə yaxındır ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbərlik etsə də, nə o, nə də rəhbərlik etdiyi qurum bir dəfə də olsun işçilərin pozulan hüquqlarını müdafiə edən fəaliyyəti ilə gündəmə gəlməyib. Yerli mətbuatda isə onun Həmkarlar İttifaqlarının pulu ilə xaricdə və ölkədə biznes qurması, mülklər alması ilə bağlı məlumatlar dərc olunub.



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap