“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Asos əməliyyatının şok detalları - 16 hədəf eyni anda MƏHV EDİLDİ + FOTO

Tarix 02.10.22, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Cümə günü İraqın şimalında Türkiyə tərəfindən keçirilən Asos əməliyyatının təfərrüatları ortaya çıxmağa başlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən son açıqlamada əməliyyat nəticəsində 23 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.

"İraqın şimalında 140 kilometr dərinlikdə yerləşən Asos bölgəsində həyata keçirilən hava əməliyyatında, ilk təsbitlərə görə, 23 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib. Sayın artacağı gözlənilir" - açıqlamada bildirilir.

PKK-ya AĞIR ZƏRBƏ

Milli müdafiə naziri Hulusi Akar Qəndilin cənubda həyata keçirilən əməliyyatda təyyarələrin sərhəddən 140 kilometr içəri girərək 16 hədəfi məhv etdiyini bildirib.

Əldə edilən məlumata görə, hədəflər arasında olan terror təşkilatı PKK-nın yüksək səviyyəli rəhbərlərinin toplaşdığı yer də vurulub. Terrorçuların vurulan bəzi obyektlərində bir-birinin ardınca çoxsaylı partlayışlar baş verib və partlayıcı maddələr yığılmış mağaralar yerlə-yeksan edilib.

İraqın şimalındakı Asos bölgəsindəki terror təşkilatlarına qarşı dəqiq planlaşdırılmış hava əməliyyatı həyata keçirilib və bu əməliyyatda döyüş təyyarələri ilə yanaşı, tanker təyyarələri, Havadan Xəbərdarlıq Nəzarəti (HİK) təyyarələri və İHA-lar da iştirak edib. Təşkilatın yüksək səviyyəli toplantılarının keçirildiyi məkan da vurulub.

EYNİ VAXTDA 16 HƏDƏF MƏHV EDİLDİ

Əməliyyat əmri ilə ölkə daxilində 3 fərqli bazadan 10 təyyarə eyni vaxtda dəqiqliklə havaya qalxıb. Sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları və qərargah daxil olmaqla 16 hədəf eyni anda məhv edilib.

İstər planlaşdırma, istərsə də icra mərhələsində çox həssas olan əməliyyat zamanı yalnız terrorçular hədəfə alınıb.



Xəbərin oxunma sayı : 643




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap