| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Ata Abdullayevin istintaqda verdiyi ifadə: nələri etiraf etdi?
Tarix 18.03.21, 10:48 |
|
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbayel Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddəsi ilə ittiham edilir. İttiham təsdiqini taparsa, onu 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Bu, Ata Abdullayevin istintaqa təqsirləndirilən şəxs qismində cəlb edildiyi ilk iş deyil. 2009-cu ilin yayında təhlükəsizlik orqanı tərəfindən onu 10 nəfərlik dəstənin üzvü kimi saxlayıblar. O dövrdə Ata Abdullayev istintaqla o dərədəcə əməkdaşlıq edib ki, son nəticədə yüngül cəza ilə yaxasını kənara çəkə bilib. Ata Abdullayevin üzvü olduğu mütəşəkkil dəstə aviaşirkətlərin internet səhifəsinə qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından pul ödənişləri aparıb elektron aviabiletlər əldə ediblər. Sonradan biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə aviaşirkətə 100 min manata yaxın zərər dəyib...
A.Abdullayevin istintaqa verdiyi ifadə:
- Mən Şetu və Samsonu Bakıya dəvət etmişəm, onların pasportlarının surətini əldə edib istintaqa təqdim etmişəm, onlar Bakıya gələn kımı istintaqa xəbər verəcəyəm. Tahir Əmirquliyevi 2008-ci ilin sentyabr ayından tanıyıram. Onunla məni əslən Ağcabədi rayonundan olan, Moskva şəhərində yaşayan Sahib Cəfər oğlu Muradov tanış edib. Sahib Həcc ziyarətində olduğu üçün onu hamı Hacı Sahib kimi tanıyır. Mən Tahirlə tanış olduqdan sonra onun Moskvadan Bakıya və Bakıdan Moskvaya uçması üçün 2008-ci ilin oktyabr ayının əvvəllərində və ortalarında 2 dəfə elektron bilet satmışam. Hətta bir dəfə onu aeroporta gedib özüm yola salmışam.
Bundan başqa, Tahir Əmirquliyevin sifarişi ilə onun dediyi şəxslərə, yəni Mirdamət Ağayev adlı dindar bir şəxsə, həmçinin onun yanında olan 2 nəfər, təxminən 18-19 yaşlarında şəxslərə, Fuad Müzəffər oğlu Namazova, Hacıqabuldan Hikmət adlı şəxsə, ümumiyyətlə isə onun sifarişi ilə 10-dan çox şəxsə elektron aviabilet satmışam. Bu biletlərin pulunu həmin şəxslərin əvəzindən mənə Tahir Əmirquliyev ödəyib. Tahirin bu işdə marağı o idi ki, məndən alıb satdığı biletlərə görə hər biletin satış qiymətindən özünə mənfəət götürürdü. Nə qədər götürməsini mən bilmirəm, amma bilirəm ki, Tahir həmişə çalışırdı ki, məndən biletləri ucuz qiymətə alsın, deyirdi ki, o da gəlir əldə etmək istəyir. Mən də ona biletləri mümkün qədər ucuz qiymətə satırdım. Onun vasitəsilə elektron aviabilet satdığım digər şəxslərin adlarını xatırlamıram. Tahirdən başqa mən Hacı Sahibdən də sifarişlər qəbul edirdim. Onun özünə, bacısına, bacısı oğluna və digər sifariş etdiyi şəxslərin də Bakıdan Moskvaya və əksinə uçmaları üçün elektron aviabiletlər satmışam. Hacı Sahibin mobil telefon nömrəsinin əvvəli 92 65 58-dir. Sonrakı rəqəmlərini xatırlamıram. Onun nömrəsi indi bağlıdır. Tahirin nömrəsi isə 8926-341-15-02-dir. Tahir, Sahib, Vaqif bilirdi ki, biz biletləri qanunsuz alıb-satırıq.
“Tahir, Sahib, Vaqif bilirdi ki, biz biletləri qanunsuz alıb-satırıq”
2008-ci ilin noyabr-dekabr aylarında Binə Hava Limanından şirkət meneceri olan bir nəfər türk tanışımı yola salırdım. Onun üçün “Sindibad” aviakassasından qanuni bilet almışdım. Həmin şəxsin adını xatırlamıram. O, “AZAL”ın Bakı-Ankara avia reysinə gecikirdi. Məni aeroportda gömrük işçiləri də tanıyırlar. Çünki dəfələrlə futbol komandalarının futbolçularını yola salmışam.
Mən gömrük işçilərindən birinə yaxınlaşıb içəri, yəni biletlərin qeydiyyat yerinə keçmək istədiyimi bildirdim. Həmin gömrük işçisi mənə dedi ki, növbə rəisinə deyim, sonra səni içəri buraxaram. O, növbə rəisindən icazə alıb məni içəri buraxdı. Gömrük işçisini və növbə rəisini şəxsən tanımıram və adlarını bilmirəm. İçəri keçib qeydiyyat şöbəsinə yaxınlaşdım. Orada bir qadın oturmuşdu. Mənə dedilər ki, Hacıya yaxınlaş və onu mənə göstərdilər. Bildirdilər ki, Hacı sərnişin daşınması üzrə qeydiyyat şöbəsinin rəis müavinidir.
Mən ona yaxınlaşıb tanış oldum, ona dedim ki, mənim adım Atadır. O da mənə adını deyib, bildirdi ki, Hacı Muraddır. Mən Murada dedim ki, ömrü boyu futbolçuları yola salmışam. Mənim bir nəfər adamım gələcək, onu yola salarsan. Murad da bildirdi ki, məni aeroportda görüb, tanıyır. Mənə dedi ki, həmin vaxt parlamentin sədri uçur, reysi bağlayır. Adamım qeydiyyat qurtaranadək çatsa, onu yola salar, əgər geciksə, onu gözləməyəcək.
Reysi bağladı. Ancaq necə oldusa, 15-20 dəqiqə reysi yubatdı. Mənim yola saldığım türk gəlib çıxdı və onu qarşılayıb yola saldı. Bunun üçün mən onun stolunun üstünə 25 ABŞ dolları qoydum, Hacı Murad həmin pulu götürüb qeydiyyatdakı qadının stolunun üstünə qoydu. Murad özünün telefon nömrəsini mənə verdi. Onun nömrəsi 050-214-lə başlayır. Axır rəqəmlərini xatırlamıram.
Muradın başqa bir telefon nömrəsi 050-216-05-30 və ya 050-206-05-30-dur. Öz telefonumdan çıxarıb, onun dəqiq nömrəsini istintaqa bildirəcəm. Bundan sonra Murada dedim ki, şəhərə gələndə mənə zəng elə, görüşək, sənə yaxşı bir iş verəcəm. Bu danışığımızdan bir həftə-10 gün sonra o, şəhərə gəlib mənə zəng etdi. Onunla 28 May küçəsi 11 saylı evin 20-ci mənzilindəki çayxanamızda görüşdük. Təxminən nahar fasiləsi vaxtı idi. Murad dedi ki, acmışam, yemək hazırlat, mən toyuq bişirtdirdim, aşağıdakı otaqda oturub yemək yedik.
Mən Murada dedim ki, mənim tez-tez Bakıdan xaricə uçan adamlarım olacaq, onların yükü çox olanda qiymətində onlara güzəşt edərsənmi, təyyarədə onlara yaxşı yer verərsinizmi. Murad da dedi ki, heç bir problem yoxdur, edərəm, ancaq bu işdə mənim xeyrim nə olacaq. Mən ona təklif etdim ki, “Türk Hava Yolları” ilə yola salacağım hər bir şəxs üçün ona 50 ABŞ dolları, “AZAL” və “Aeroflot”la yola saldığım adamlar üçün isə 25 ABŞ dolları ödəyəcəyəm.
Murad da mənim təklifimlə razılaşdı. Əvvəl 5-6 nəfəri yola saldım. Onunla yola saldığım şəxslərdən Mirdaməd Ağayevi və onunla uçan 2 nəfər uşağı, yəni Elçin Paşayev, Xaləddin Paşayev, Vaqif Qubatovu, mənim özümü, anamı, yoldaşımı, gəlinimizi, qardaşım Elnuru, Hacı Sahibi və onunla birlikdə uçan 5 nəfərə yaxın şəxsləri, Emin Abdullayevi və adlarını xatırlamadığım çoxlarını göstərə bilərəm.
“Biletlərin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib”
Mənim qanunsuz elektron aviabilet aldığım şəxsləri qeydiyyatdan keçirib yola salmaqda köməklik etdiyinə görə 2009-cu ilin yay aylarından, təxminən avqust ayından 2009-cu ilin yanvar ayının əvvəllərinədək olan dövr ərzində Hacı Murada 2 min ABŞ dolları, ondan da bir az çox pul vermişəm. Mən özüm və ailə üzvlərim uçanda o, məndən daha çox pul alırdı. Bəzən olurdu ki, bir nəfərə görə 100 dollar alırdı. Bəzən olurdu ki, elektron biletlə yola saldığım sərnişinlər həmin biletlə uça bilməyib geri qayıdırdılar.
Onda Hacı Murad mənimlə görüşüb dedi ki, sənin yola saldığın şəxslər üçün biletləri kim yazır, mən də ona dedim ki, gələrsən yanıma, görüşüb sənə deyərəm. Murad mənim yanıma gəldi və onunla görüş zamanı mənə dedi ki, yola saldığın adamların biletlərinin dəyəri oğurlanmış kredit kartları ilə ödənilib. Mən ona dedim ki, ola bilməz. Həmin vaxt 2008-ci ilin yay-payız ayları idi. Mən qısaqol köynək geyirdim. Onun yanında Vaqifi yığdım.
Ondan soruşdum ki, mənim vasitəmlə satdığı elektron biletlərin dəyəri oğurluq kredit kartları ilə ödənilir? Vaqif isə mənə dedi ki, ola bilməz, sərnişinin adı pozulub, tez adı mənə ver, yenidən onun adına bilet yazım. Həmin gün 3 nəfər sərnişin dala qayıtmışdı. Bundan sonra Hacı Murad mənə dedi ki, sən mənə az pul verirsən, mən bu pulla razılaşmıram, mənə sərf eləmir, bu xidmətimə görə mənə çox pul verməlisən. Dedi ki, verdiyin pul heç mənim benzinimi ödəmir. Murad mənə dedi ki, indən sonra sənin yola saldığın adamların adlarını 6-8 saat qabaq mənə de ki, mən onların uçub-uçmayacaqlarını sənə bildirim. Onunla razılaşdıq və həmin görüşdən sonra belə də etdik.
“O, hansısa kodu yığıb, onların adını tapır və qeydiyyatdan keçirib uçmalarını təşkil edirdi”
Xidmətlərinə görə ona verdiyim pulları da həmişə gəlib 28 May küçəsindəki obyektimizdə götürüb. Onunla həmişə obyektimizin qabağında görüşüb pulu vermişəm. Elektron bilet satıb, yola saldığım şəxslər bəzən mənə zəng edib deyirdilər ki, qeydiyyat şöbəsinə yaxınlaşıb, qeydiyyatdan keçmək istəyirlər, lakin adları uçacaq şəxslərin siyahısında yoxdur.
Mən Hacı Murada zəng edirdim. O, hansısa kodu yığıb, onların adını tapır və qeydiyyatdan keçirib uçmalarını təşkil edirdi. Bəzən isə özü növbədə olmayanda başqa şəxslərə zəng edib tapşırırdı, həmin şəxslər də mənim adamlarımın uçmasına kömək edirdi. Lakin mən həmin şəxsləri tanımıram və adlarını bilmirəm.
Murad 2008-ci ilin noyabr ayının axırları, dekabr ayının əvvəllərində məni metronun “Gənclik” stansiyasının yaxınlığındakı meydana çağırdı, maşını dayanacaqda saxlayıb mənimlə görüşdü. Onun qara rəngli, “Lexsus” markalı, 003 nömrə nişanlı maşınında oturduq. Məndən telefonumu aldı və batareyasını çıxarıb salona atdı. Sonra isə öz telefonunun da batareyasını çıxarıb atdı. Bundan sonra mənə dedi ki, sənin xəbərin var, bütün Bakı səni tanıyır, MTN bu işdə adamlar həbs edir, hamı bilir, sən bu işlərlə məşğulsan.
Mən dedim ki, Murad, burada nə var ki, sən özün bilirsən ki, bu işlər necə gedir, qiymətini qaldırmaq istəyirsən, əgər bunu istəyirsənsə problem deyil, qaldır, amma belə hərəkət eləmə. Bundan sonra ona kontur istəyəndə əlavə olaraq kontur alıb göndərirdim, 25 dollar yox, bir az çox pul göndərirdim. Yenə də o, mənim göndərdiyim sərnişinlərə uçmaqda köməklik göstərməkdə davam etdi. 2008-ci ilin dekabr ayından sonra da Murad mənim göndərdiyim sərnişinləri yola salırdı.
“Sibir hava yolları” ilə yola saldığı sərnişinlər üçün isə 30 dollar alırdı. Bəzən olurdu ki, 3-4 gün sərnişin olmurdu, özü tez-tez mənə zəng edib deyirdi ki, sərnişin göndər, kasıbçılıqdır. Hacı Murad hava limanında növbədə olur. O, əvvəllər Səbayel rayonu 39-cu polis bölməsinin rəisi olub, hazırda təqaüddə olan Dədəhəsən Rzayevin kürəkənidir, onun qızı ilə evlənib. Bəzən sərnişin olmayanda Murad mənə zəng edib deyirdi ki, 10 nəfərlik boş yer var, sən müştərilərin üçün səhəri günə bilet yazdır, mənə de, mən onların biletlərinin tarixlərini bu günə dəyişərəm. Elə də edirdik. Mən bu günə bilet istəyənlər üçün səhərə bilet yazdırırdım, Murad isə onları həmin günə dəyişdirib uçuşlarını təşkil edirdi. Murad biletləri aeroportda kassada işləyən Həcixanım adlı qadın vasitəsilə dəyişdirirdi. Həmin Həcixanıma hələ də 25 ABŞ dolları borcluyam, lakin Həcixanım bizim elektron biletləri qanunsuz əldə etdiyimizi bilmirdi... /Musavat.com
Xəbərin oxunma sayı : 526
Kriminal
Xəbərlər
-
Hindistan və Yunanıstan Prezidentlərindən İlham Əliyevə - Təbrik
-
Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi
-
Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA
-
Polşa ilə Britaniya arasında yeni saziş Rusiya təhdidinə qarşı yönələcək - Tusk
-
“Ermənistan qardaş ölkədir, qardaş olub və qalacaq“ - Peskov
-
Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı - Həbs olundu
-
ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk - Səfirlik
-
Qusarda polis əməliyyat keçirdi - Silahlı şəxsi zərərsizləşdirdi
-
İran və ABŞ hələ ki, Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib - Əli Baqeri
-
Bakı nefti qəfildən kəskin ucuzlaşdı - Qiymətlər son həddə düşdü
-
Zelenski daha 2-3 illik müharibəyə hazırlaşmağı tapşırıb - “The Economist”
-
ABŞ İranda zərbələr üçün potensial hədəflərin yeni siyahısını hazırlayıb - KİV
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - SİYAHI
-
Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar - VİDEO
-
Evdən 42 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı - Hacıqabulda
-
“Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır“ - Quterreş
-
Allahşükür Paşazadə: Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıb
-
Respublikaçılar Trampı İranla tələsik sazişdən çəkindirməyə çalışırlar - “Politico”
-
“Turan Tovuz“un futbolçusu DÇ-2026-ya gedir - Premyer Liqada ilk
-
Zərdabda yağan leysan yağışları ciddi fəsadlar törədib - VİDEO
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Nyu-Yorkda
-
Azərbaycanda bayram namazı qılındı - VİDEO
-
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Bəzi cərimələrə görə bal ləğv edilir? - VİDEO
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Könül Kərimova ən çox buna pul xərcləyir - VİDEO
-
Prezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR
-
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video
-
Xarici dil fənnindən yazılacaq esse hansı meyarlarla qiymətləndiriləcək? - VİDEO
-
Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi - FOTO
-
Əli Əsədov Mixail Mişustinlə telefonda danışdı - Açıqlama
-
Mahmud Abbas İlham Əliyevə məktub ünvanlayıb - Azərbaycanın mövqeyini yüksək qiymətləndirir
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu - FOTO
-
Ərdoğan və Pezeşkian telefonda danışdılar - Bölgədəki vəziyyət müzakirə edilib
-
“Sabah qorunası nə isə qalmayacaq” - Ciorcia Meloni
-
Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək - Bu tarxidə
-
Azərbaycan və İran hər zaman bir-birinin yanındadır - İlham Əliyev
-
Bu il neftin orta qiyməti 93 dollara çatacaq - Proqnoz
-
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - Fotolar
-
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi - Göstərilən humanitar yardımlara görə
-
Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi
-
Buraxılış imtahanında 4 nəfər maksimum nəticə göstərib - ADLAR
-
Makron İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
-
Prezident daha bir Dövlət Proqramını təsdiqlədi - 3 illik
-
Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir
-
Donald Tramp İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
Prezident bir sıra məhkəmələrə sədr təyin edib - ADLARI
-
26 apreldə keçirilmiş imtahanların nəticələri AÇIQLANDI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
-
Prezident Azərbaycan xalqını təbrik etdi - Qurban bayramı münasibətilə
-
İki yeni direktor təyin olundu - Foto + DOSYELƏR
-
Bakıya diametri 4 mm olan dolu düşdü - RƏSMİ
-
Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var
-
“PAŞA Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub - DOSYE
-
Beyləqanda məktəblilərlə maarifləndirici görüş - FOTOLAR
-
“Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq“ - Xamenei
-
Azay Möhnətov niyə cəzalandırırlr? - “AF Hotel” yandı, “Eurohome” bağlandı...
-
Hərraca çıxarılan oteli bir ildir alan yoxdur - Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
-
Deputat “arvad“ sözünə qarşı çıxdı - “Konstitusiyadan da çıxarılsın“
-
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alındı - FOTO
-
Bir sıra məhkəmələrə yeni təyinatlar oldu - SİYAHI
-
Metroda sərnişinlərin hərəkətinə süni intellektlə nəzarət başlayıb - VİDEO
-
İki şəhər və bir rayonda əməliyyat - ANBAAN GÖRÜNTÜLƏR
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəlib - VİDEO
-
Kənd təsərrüfatının daha dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyənləşdirən vacib müşavirə
-
Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Millimizin futbolçusu Cənubi Kipr klubuna keçdi - RƏSMİ
-
Ödənişli yolda “Toyota” aşdı - Ana və qızı yaralandı - Foto
-
Yerli kartof marketlərdə maya dəyərindən 8 dəfə baha satılır - Rəsmi
-
“Hörmüz boğazı istənilən halda açılacaq“ - Marko Rubio
-
Nəsimi rayonunda gecə vaxtı sağlam ağacları kəsdilər - VİDEO
-
Bakıda dəniz sahilində əməliyyat - Narkotik satan şəxs tutuldu
-
Maya dəyəri 5 manat olan mal əti 15 manata satılıb? - Rəsmi
-
ABŞ atəşkəsi pozdu - İrandakı hədəflər vuruldu
-
Buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq - DİM
-
Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür (VİDEO)
-
AAYDA-nın bu qurumunda araşdırma başlayıb - Korrupsiyaya görə
-
Maskın kosmik şəbəkəsi sürətlə böyüyür: “Starlink“ peyklərinin sayı rekord həddə çatdı
-
Qanunsuz heyvan kəsimi və satışına yol verilməyəcək - Xəbərdarlıq
-
Xırdalanda məişət tullantılarının daşınmamasına görə narazılqı - VİDEO
-
Rusiya Kiyevdə xüsusi əməliyyata başlayır - Lavrov Rubionu xəbərdar etdi
-
Azərbaycanda bu gün son iş günüdür - 5 günlük tətil başlayır
-
Kənd təsərrüfatında yeni inkişaf mərhələsi müəyyənləşdi
-
Ölkə başçısı kənd təsərrüfatında yeni inkişaf istiqamətlərini müəyyən etdi
-
Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb - FOTOLAR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
İspaniya mundiala “Real“lı oyunçu aparmır - Heyət bilindi
-
“Bu dinamika məni qane etmir” - Prezident
-
Putin mübahisəli qanunu imzaladı: Bu ölkələrə ordu göndərilə bilər
-
“Bu əmsal artmır, elə yerində sayırıq“ - İlham Əliyev
-
İntensiv yağış bölgələrə sel gətirdi - VİDEO
-
“Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır“ - İlham Əliyev
-
Bayram günlərində işləyən bank və valyuta mübadilə məntəqələri - SİYAHI
-
“İran Vaşinqtonun həddini aşan tələblərini qəbul etməyəcək“ - Pezeşkian
-
4 manatlıq “Fidan-TN“ MMC yenə qalib oldu - 150 minlik tender
-
Toral Bayramov “Qarabağ”dan getdi - Türkiyə klubuna keçdi
-
Səudiyyə Ərəbistanı Hörmüz böhranından faydalanıb - Bloomberg
-
Ət istehsalımız istehlakı qarşılaya bilmir - Məcnun Məmmədov
-
Rusiya Kiyevdə bu mərkəzlərə zərbələr endirəcək - XİN-dən xəbərdarlıq
-
ADY Bakı-Tbilisi-Bakı qatarının hərəkət qrafikini açıqlayıb - CƏDVƏL
-
Ölkəyə qaçaqmal yolu ilə milyonluq siqaret keçirildi - 3 nəfər həbs edildi
-
Sabiq vəzifəli şəxslərə cəza istənildi - 717 min manatlıq mənimsəmə
-
Azərbaycan dili müəllimlərinin nəzərinə: Xarici ölkələrdə bir il işləmə imkanı
-
Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi - Sərəncam
-
Balakişi Qasımov yenidən baş direktor seçildi - İTV -də seçki
-
Putin və Si Cinpin İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
“Elə etməliyik ki, kəndlərə qayıdış prosesi başlasın...“ - İlham Əliyev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azər Bağırova hökm oxundu - Dövlətə xəyanətdə ittiham olunur
-
Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir - Prezident
-
Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - Polkovik İmrəliyev kimdir?
-
Prezident kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi - "Bu, məni qane etmir..."
-
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
-
1 il 6 ay həbs və azadlığın məhdudlaşdırılması - İmtahan işi üzrə qərar verildi
-
"Eurohome" tikinti bazarınının fəaliyyəti dayandırıldı - Səbəb + VİDEO
-
Bakı-Tbilisi qatarı üçün tələb olunan sənədlər açıqlandı - Rəqəmsal pasport keçmir
-
Yağış yağacaq, şimşək şaxacaq - Sabahın havası
TOP 10
ARXİV






