“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Ata həbs olunursa, aliment borcu silinir? - Hüquqi izah

Tarix 08.06.25, 12:24

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Bakıda 39 min manata yaxın aliment borcu olan şəxs həbs edilib. Məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra keçmiş həyat yoldaşına 411 manat aylıq aliment ödəməli olub. Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumilikdə 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması səbəbindən borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib.

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib.

Maraqlıdır, qeyd edilən şəxsin timsalında ata həbs olunarsa, yığılmış aliment borcu silinirmi

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Ruslan Vəliyev Bizim.Media-ya bildirib ki, şəxs aliment ödəyə bilmədiyinə görə deyil, məhkəmənin qərarını icra etmədiyinə, ödənişi gecikdirdiyinə görə həbs olunub. Ata öz cəzasını çəkdikdən sonra həmin borcu artıqlaması ilə ödəməlidir.

Vəkil həmçinin vurğulayıb ki, şəxs (ata ya ana – aliment ödəyən) qarşı tərəfin müraciəti ilə məhkəmə qaydasında valideyn hüququndan məhrum edilə bilər.
 
"Bu o deməkdir alimenti ödəməyən valideyn uşağın vərəsəsi ola bilməz. Yəni uşağın adına hər hansı əmlak varsa və uşaq atadan əvvəl vəfat edərsə, bu əmlakdan ona pay düşməyəcək. Yaxud valideyn yaşlananda gələcəkdə ona baxılmadığına görə övladından aliment tələb edə bilməyəcək”.

Əgər valideyn həbsdən çıxdıqdan sonra da alimenti ödəyə bilmirsə, o zaman yığılmış məbləğ onun adına olan əmlakdan tutula bilər. Əmlak satılır, alimentin məbləği çıxılır. Yaxud aliment nikah zamanı alınan ümumi əmlakdan tutula bilər. Ümumi əmlak məhz alimenti ödəməyən tərəfin payından tutulur. 

Vəkil həmçinin bildirib ki, şəxs alimenti ödəyə bilmirsə, bunu digər yolu da alimentin həmin şəxsin valideynlərinin (uşağın nənə-babasının) gəlirlərindən tutulmasıdır.

"Atanın hansı səbəbdən ödəniş edə bilmədiyi ilə bağlı məhkəmə qərarı varsa, həmin sənədləri əsas götürərək uşağın nənə-babasından aliment tələb oluna bilər. Əgər bu şəxslər də nəzərdə tutulan məbləği ödəmirsə, istənilən halda o aliment borc olaraq yığılıb qalır, silinmir və valideyn hüquqlarından məhrum edilmək üçün əsas kimi götürülür. Valideyn hüququndan məhrum edildikdən sonra belə həmin aliment ödənilməlidir”.



Xəbərin oxunma sayı : 694




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap