Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Avdeyevkanın işğalı Rusiyaya 50 minə yaxın itkiyə başa gəlib - Ukrayna ordusu

Tarix 18.02.24, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin işğalı Rusiyaya 17 min ölü daxil olmaqla 47 min itkiyə başa gəlib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” operativ-strateji qoşun qrupunun nümayəndəsi Dmitro Lixoviy BBC-yə müsahibəsində bildirib.

Ukrayna tərəfinin qiymətləndirməsi müstəqil mənbələrlə yoxlamaq qeyri-mümkündür, bundan başqa, Kreml də müharibədəki, xüsusilə sözügedən döyüşdəki öz itkilərini açıqlamır. Moskva sonuncu dəfə 2022-ci ilin sentyabrında ordunun ümumi itkilərini açıqlayıb (Kiyev indiyədək ümumiyyətlə açıqlamayıb). Avdeyevka kontekstində isə Rusiya Prezidenti Vladimir Putin rəqəm çəkmədən ancaq “həlak olanlar”dan bəhs edib. Bununla belə, ABŞ kəşfiyyatı hələ ötən ilin dekabrında Rusiyanın sözügedən istiqamətdəki ölü və yaralı itkilərini 13 min hesablayıb.

Xatırladaq ki, fevralın 17-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsini elan edib. Şəhər uğrunda döyüşlər ötən ilin oktyabrında şiddətlənmişdi. Avdeyevka hələ 2014-cü ildə separatçıların nəzarətinə keçmiş Donetskdən cəmi 15 km məsafədə yerləşməklə strateji önəmə sahibdir.



Xəbərin oxunma sayı : 532




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap