“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Avropadan Kremlə səfər - Orban Brüsselin strategiyasını dəyişdirə biləcəkmi?

Tarix 06.07.24, 10:28

Font ölçüsü : - / +
bitmap-img6


Macarıstan Avropa İttifaqında sərdliyə başlayarkən, xarici və təhlükəsizlik siyasəti istiqamətində fəallığını artırıb. Ölkənin Baş naziri Viktor Orban əvvəlcə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb, daha sonra Kreml sahibi Vladimir Putinlə təmas qurub.

Zelenski Orbanın atəşkəs təklifindən imtina edib. Kiyevin mövqeyi belədir ki, atəşkəs Rusiya silahlı qüvvələrinin toparlanmasına şərait yaradacaq.

Orban Putinin də təkliflərini dinlədikdən sonra tərəflərin mövqelərini bir-birindən çox fərqləndiyini etiraf etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, Viktor Orban Rusiya-Ukrayna müharibəsinin Avropanı fəlakətə sürükləndiyi qənaətindən çıxış edərək sülh təşəbbüslərini davam etdirəcəyini bildirib.

Onun bu təşəbbüsləri Brüsseldə narazılıqla qarşılanıb. Brüsseldəki məmurlar Orbanın tərəflər arasında danışıqlar aparmaq üçün səlahiyyətinin olmadığını vurğulayıblar. Bu açıqlamalar qəribədir. Macarsıtan Avropa İttifaqının sədri kimi təşəbbüslərlə çıxış etməyəcəksə, bu sədrliyin nə əhəmiyyəti var?

Budapeşt Çinlə bağlı da Brüsseldən fərqli siyasətə üstünlük verir. Təsadüfi deyil ki, Çin lideri Tis Cinpin Avropa turnesi çərçivəsində Macarıstana da səfər etməyi lazım bilmişdi. Çin Macarıstanı Avropa bazarına giriş qapısı kimi istifadə etmək məqsədi ilə Budapeştrlə əlaqələri dərinləşdirir. Ötən ay Pekində macar həmkarı ilə görüşən xarici işlər naziri Vanq Yi Macarıstanın Avropa İttifaqını Çinə qarşı daha fəal və praqmatik siyasət yeritməyə təşviq etməkdə və qarşılıqlı faydalı əməkdaşlıq üçün müsbət perspektiv qurmaqda müvəffəqiyyətli olacağına ümid etdiyini bildirib.

Görünür, Pekin Macarıstanın Avropa İttifaqına sədrliyindən ümidlidir. Əlbəttə, Budapeşt Brüsselin Çinə münasibətinin müsbətə doğru dəyişməsini arzulayır və sədrlik müddətində buna çalışacaq. Ancaq Avropa İttifaqına sədrlik nominal xarakter daşıyır, qərarlar konsensusla qəbul olunur. Misal üçün Avropa İttifaqının iki aparıcı dövləti Fransa və Almaniya Budapeştin Çinlə münasibətləri yaxşılaşdırmaq siyasətinin əleyhinə çıxacaqlar. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Tomas Baqqer Berlinin Pekinə münasibətinin dəyişdiyini deyib. Bu həm iqtisadi rəqabətin sərtləşməsi, həm də Ukrayna müharibəsinin dayandırılması məqsədilə Pekinin Moskvaya təsir etməməsiylə bağlıdır. Halbuki, son illərə qədər Berlinlə Pekin arasında əməkdaşlıq tərəfdaşlıq səviyyəsində idi.

“Görünür, tərəzi əyilib. Bir vaxtlar əməkdaşlıq və müttəfiqlik münasibətləri indi rəqabət mənzərəsinə çevrilib, hətta rəqabətə çevrilib”, - almaniyalı diplomat bildirib.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1135




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap