Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Avtobuslar üçün yeni mübadilə mərkəzi yaradılır - FOTOLAR

Tarix 08.06.26, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.

 “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, layihə çərçivəsində metronun “Nəriman Nərimanov” stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.

Həmçinin Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.








Xəbərin oxunma sayı : 1042




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap