Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ayaz Salayev mövqeyini açıqladı: “Ondan başqa nüfuzlu adam yoxdur“

Tarix 04.04.26, 18:29

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) qurultayında dəstəkləyəcəyi namizədin adını açıqlayıb. 

O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, AKİ-nin yeni sədri Şəfiqə Məmmədova olmalıdır:

"Şəfiqə Məmmədovadan başqa orada nüfuzlu adam yoxdur. O, qurumda qalan yeganə nüfuzlu adamdır".

Ayaz Salayev AKİ-nin üzvü olmadığını bildirib: 

"Mən ittifaqın üzvü deyiləm və heç vaxt da olmayacağam. Vaxtilə demişdim ki, əgər ittifaqlar birləşsə, oradan çıxacağam. Elə də etdim".

Ətraflı
Ad - 00:15
Künoşünas həmçinin AKİ-nin may ayında keçiriləcək qurultayında iştirak etməyəcəyini açıqlayıb: 

"Qurultay mənlik deyil, onunla heç maraqlanmıram da. Birincisi, mənə oradan dəvət gəlməyəcək. Bilirlər ki, tədbirə gəlməyəcəyəm. İkincisi, dəvət gəlsə belə, getməyəcəyəm. Sonuncu qurultayda da iştirak etməmişəm".

Səfiqə Məmmədova sədr seçiləcəyi təqdirdə AKİ-yə qayıdıb-qayıtmayacağı ilə bağlı suala cavabında Ayaz Salayev bildirib: 

"Mən o ittifaqa qayıtmayacağam. Yalnız Şəfiqə Məmmədovadan ibarət olsaydı, gələrdim. Amma orada çoxlu adamlar var. Bu səbəbdən maraqlanmıram".

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı may ayında qurultay keçirəcəyini bildirib. Qurumun sədri Rasim Balayev bir neçə gün öncə vəfat edib.



Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap