Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

317 minlik dələduzluq - İki nəfər saxlanıldı

Tarix 04.04.26, 15:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda zərərçəkmiş şəxsin külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

AzFakt.com xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməldə təqsirli bilinən 36 yaşlı Rüfət Qasımzadə və 37 yaşlı Məmməd Məmmədzadə saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, R.Qasımzadə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı M.Məmmədzadə ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, zərərçəkmişə geniş əlaqələrinin olduğunu və qızıl-zinət əşyalarının satışını həyata keçirdiyini bildirməklə onun etibarını qazanıb. Daha sonra saxlanılan şəxslər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmaq adı ilə zərərçəkəndən müxtəlif vaxtlarda ümumilikdə 317 500 manat pul vəsaiti alaraq həmin məbləği öz aralarında bölüblər. Nəticədə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Zərərçəkmiş şəxs ifadəsində sonuncu dəfə pulun bir hissəsini Bakı Dəniz Vağzalı ərazisində həmin şəxslərə təqdim etdiyini bildirib. Bu səbəbdən iş üzrə istintaq araşdırmaları Su Nəqliyyatında Polis İdarəsində aparılıb.

Faktla bağlı R.Qasımzadə və M.Məmmədzadə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.



Xəbərin oxunma sayı : 1567




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap