Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Dağ kəndlərinə gedən yol aylardır keçilməz vəziyyətdə - VİDEO

Tarix 28.05.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Yollar keçilməz, hər tərəf lil-palçıq… Nə insanlar hərəkət edə bilir, nə də avtomobillər…

Xezerxeber.az xəbər verir ki, Qubanın Zeyid kəndinə gedən yol aylardır bu vəziyyətdədir. Sakinlərin sözlərinə görə, asfalt yoldan kəndə qədər olan 17 kilometrlik hissə tamamilə dağılıb. Yağışlardan sonra yol bataqlığa çevrilib, bəzi hissələrdə isə torpaq sürüşməsi baş verib. Kəndə yalnız yüksək keçidli avtomobillərlə getmək mümkün olur. Lakin sürücülər bildirirlər ki, həmin nəqliyyat vasitələri belə tez-tez nasaz vəziyyətə düşür.

Sakinlər deyirlər ki, yolun bağlanması gündəlik həyatı iflic edib. Ərzaq daşınması, xəstələrin çatdırılması və kənddən rayona gediş-gəliş ciddi problemə çevrilib. İnsanlar bəzən əsas yoldan deyil, otlaq sahələrindən keçərək mənzil başına çatmağa çalışırlar.

Məsələ ilə bağlı 5 saylı Yol İstismarı MMC-nin mühəndisi Rövşən Babayev "Xəzər Xəbər"ə bildirdi ki, problemli əraziyə texnika və canlı qüvvə cəlb olunub. Hazırda yolun 7-ci kilometrliyində işlər aparılır. İşlərin gecikməsinə səbəb intensiv yağan yağışlar olub. Yolun açılması istiqamətində tədbirlər görülür. 

Quba Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, son aylarda yağan intensiv yağışlardan sonra bölgədə yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir və Zeyid kəndinə gedən yol da mərhələli şəkildə bərpa olunacaq.





Xəbərin oxunma sayı : 85




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap