“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azad olunmuş ərazilər “ağıllı kənd” planına uyğun gəlir – İNAM KƏRİMOV

Tarix 16.06.21, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan hökuməti pandemiyanın aqrar sahəyə və fermerlərin rifahına təsirini minimuma endirmək üçün operativ və lazımi tədbirlər görüb.  2020-ci ildə Azərbaycanda aqrar sahədə 2 faiz artım qeydə alınıb”.

AzFakt.com xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 42-ci sessiyasında səsləndirib. 

Nazir bildirib ki, Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində COVİD-19 pandemiyasına qarşı qlobal mübarizə tədbirlərinə fəal şəkildə töhfə verir. 

İ.Kərimov, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ bölgəsini yaşıl enerji zonası elan etdiyini diqqətə çatdırıb: 

“Bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən ağıllı kənd konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir”. 

Qeyd edək ki, onlayn formatda baş tutan 42-ci sessiyanın açılış mərasiminə dünyanın müxtəlif ölkələrindən 119 nazir və nazir müavini olmaqla rekord sayda - 1300 nəfərdən çox iştirakçı qatılıb. 

“Qida və kənd təsərrüfatının mövcud vəziyyəti: kənd təsərrüfatı sisteminin qida sisteminə çevrilməsi: Strategiyadan fəaliyyətə” adı altında keçirilən iclas İtaliya Prezidenti Sergio Mattarella və Roma Papası Fransiskin tədbir iştirakçılarına müraciəti ilə başlayıb. 

Müraciətlərdə COVID-19 pandemiyasının aqrar istehsal sistemlərinə təsirinə toxunulub, ərzaq təhlükəsizliyinin və yeni çağırışlara uyğun dayanıqlı inkişafın təmin edilməsinin vacibliyi vurğulanıb. Açılış nitqində FAO-nun Baş Direktoru Qu Donqyu COVID-19 pandemiyasının bütün dünya üzrə ərzaq təhlükəsizliyi və qidalanma səviyyəsinə mənfi təsirlərini azaltmaq, qarşıda duran hədəflərə çatmaq üçün kompleks fəaliyyətin zəruri olduğunu qeyd edib. 

Bildirək ki, konfransda iqlim dəyişikliyi, ətraf mühti qorunmaqla məhsuldarlığın artırılması, keyfiyyətli qida istehsalı, qlobal əməkdaşlıq çərçivəsində fundamental transformasiya yolu ilə dayanıqlı kənd təsərrüdatı sisteminin qurulması əsas müzakirə mövzularından olub. 

Tədbir iştirakçıları kənd təsərrüfatında elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar. 





Xəbərin oxunma sayı : 523




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap