| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli
Tarix 21.05.24, 13:03 |
|
Azərbaycanın görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə Klassik Gimnaziyasında aldıqdan sonra o, 1902-ci ildə Odessada (Novorossiyskidə) Universitetin hüquq fakultəsində oxumuşdur.
1905-1907-ci illərdə Rusiyada baş verən inqilab dövründə tələbələrin inqilabi fəaliyyətindən ehtiyatlanan çar hökuməti Odessa Universitetini müvəqqəti olaraq bağladı. Bundan sonra N.Yusifbəyli Krımın Baxçasaray şəhərinə köçmüş və burada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman†qəzetində müxtəlif məqalələr çap etdirmişdir. O, burada İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə (1886-1975)tanış olub ailə həyatı qurmuş və bir müddət bu şəhərdə yaşamışdır.
N.Yusifbəyli çar hökuməti tərəfindən təqib edildiyindən 1908-ci ildə İstanbula getmiş, burada “Türk dərnəyi†adlı cəmiyyətin yaradıcılarından olmuşdur. O, 1909-cu ildə Gəncəyə qayıtmışdır.
N.Yusifbəyli o illərdə Gəncədə fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçərisində Maarifi Yayan cəmiyyətin və Aktyorlar Cəmiyyətinin fəaliyyətində iştirak etmişdir.
N.Yusifbəyli 1915-ci ilin oktyabrın 2-dən Bakıda nəşrə başlayan “Açıq söz†qəzeti ilə yaxınlıq etmiş, redaktor M.Ə.Rəsulzadə ilə dostluq münasibətində olmuşdur.
Qeyd edək ki, Azərbaycan milli istiqlal tarixində N. Yusifbəylinin 1917-ci ilin fevralından sonra Gəncədə rəsmi olaraq yaratdığı Türk Ədəmi-Mərkəziyyət Partiyasının böyük rolu olub.
1917-ci ilin iyun ayının 17-də M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla N. Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirildi.İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu, çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi-Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki təşkilatın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan Ümumazərbaycan partiyası yaranırdı.
Bu hadisələrdən sonra N.Yusifbəyli 1918-cilin fevralında formalaşan Zaqafqaziya seymində fəallıq göstərirdi. O, Zaqafqaziya Seyminin üzvü idi və 1918-ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin də Maarif naziri oldu.
1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (onun yaradıcılarından biri də N.Yusifbəyli idi) F.X.Xoyskinin başçılığı ilə təşkil olunan birinci Hökumət kabinəsində N.Yusifbəyli Xalq Maarif naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli F.Xoyskinin sonradan formalaşdırdığı ikinci və üçüncü kabinələrdə də həmin vəzifələrdə çalışmışdır.O,eyni zamanda iki dəfə hökumət kabinəsini formalaşdırıb ölkənin Baş naziri olmuşdur.
Azərbaycan Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri vəzifəsində N.Yusifbəyli qətiyyətli əmrlər, sərəncamlar verir, məktublar yazır, dövlət idarəçilik sistemini möhkəmlədirdi.

N.Yusifbəyli 1919-cu ilin dekabrın 24-də yeni Hökumət kabinəsini (sayca beşinci) formalaşdırır və bu fəaliyyət 1920-ci ilin aprelin 1-nə qədər davam edir.
1919-cu ilin 28 Mayı Azərbaycan hökumətinin xüsusi diqqətində oldu və ölkədə böyük bayram kimi qeyd edildi. Baş Nazir N.Yusifbəyli Azərbaycan Hökuməti adından vətəndaşlara müraciət ünvanladı. Həmin müraciətdə yazılırdı: “Azərbaycan vətəndaşları! Bir il bundan əvvəl məbuslarımızın rəyi və arzusu istəyincə Azərbaycan xalqı müstəqil yaşayış yoluna qədəm qoydu. 1919-cu ilin Mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Öylə bir bayram ki, onun xatiri ümum Azərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır. Çünki öz dövlətinin milli bayrağı altında keçmiş olduğumuz birillik azad və zəhmətli həyatınız Azərbaycanın belə tarixi bir günü olduğunu sizə sözdən artıq izah edirâ€.
N.Yusifbəyli Nazirlər Şurasının sədri vəzifəsini 1920-ci ilin aprelin 1-nə qədər icra etmişdir.
Qeyd edək ki, N.Yusifbəylinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində onun Azərbaycan Parlamentindəki çıxışları əhəmiyyətli yer tutur.
Onun Maarif və Dini-Etiqad naziri olarkən Azərbaycan Parlamentindəki ilk çıxışına 1919-cu ilin yanvarın 25-də keçirilən 9-cu iclasda rast gəlirik. N.Yusifbəyli çıxışında “hökumətin şəhərləri unudaraq yalnız kəndlərə kömək etdiyi†fikrini təkzib edir. O, eyni zamanda səhiyyə sahəsində müəyyən işlərin uğurla görüldüyünü, kəndlərə göndərilmək üçün təbib, feldşerlərdən ibarət səyyar dəstələr hazırlandığını vurğulayır və əlavə edirdi ki, şəhərlər isə bu sahədə nəzarətə kömək etdiyindən onlar pul istəyirlər.
Bu dövrdə F.X.Xoyskinin istefasını qəbul edən parlament yeni hökumət təşkilini N.Yusifbəyliyə tapşırdı.
1919-cu ilin 19 aprelində saat 12-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Parlamentinin növbəti iclası keçirildi.İclasda yeni hökumət kabinəsinin təşkili haqqında Baş Nazir N.Yusifbəylinin məktubu oxundu.
Sonra N.Yusifbəyli çıxış etdi. O, kürsüyə çıxanda alqışlarla qarşılandı. N.Yusifbəyli çıxışında böyük bir məsuliyyəti üzərinə götürdüyünü, Azərbaycan İstiqlalı elanından bu günə qədər millətin müstəqil yaşamağa layiq olduğunu qeyd etdi. Nəsib bəy bildirdi ki, Azərbaycan türkləri yaxın zamanda dünyanın mədəni millətləri sırasına da daxil olacaqdır. Baş Nazir çıxışında Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzasının özgələr əlində olduğunu, 100 minə qədər vətəndaşın həyatına qəsd edildiyini, Tiflis və İrəvan vilayətlərində olan torpaqlarımıza göz dikənlərin olduğunu söylədi. O, bildirdi ki, torpaq məsələsinin də qəti surətdə həllinə tərəfdardır.
N.Yusifbəyli Azərbaycanda ali təhsil sisteminin də düşünüldüyünü, ali ziraət məktəbi qanun layihəsinin hazırlanıb təqdim edildiyini də söylədi. O,Tiflisdəki Mavərayi-Qafqaz universitetinin Bakıya köçürülməsi üçün müzakirələrin aparıldığını, sentyabrın əvvəllərindən tədrisin burada davam etdiriləcəyinə səy göstərilməsi haqqında məlimat verdi.
O, həmçinin, çıxışında “bizim sərvətimiz, rifah halımız neft ticarətinə bağlıdır†fikrini önə çəkir, neftimizin ən böyük bazarı olan Rusiyanın yolunun bağlı olduğunu söyləyirdi. Eyni zamanda Rusiyanın Azərbaycan neftinə böyük ehtiyacı olduğunu, “Astraxan tərəfdən ticarət qapılarının açılması†təklifini irəli sürərsə, müəyyən şərtlərlə qəbul ediləcəyini bildirirdi.
N.Yusifbəylinin başçılıq etdiyi Nazirlər Şurası − Azərbaycan hökuməti 1919-cu ilin avqustuna qədərki dövrdə böyük uğurlu işlər görmüşdü. Əsas işlərdən biri Azərbaycanın ərazi probleminin həlli sahəsindəki doğru fəaliyyət idi. Həmin dövrdə aşağıdakı uğurlu nəticələr var idi: 1) Lənkəran düşmənlərdən təmizlənmiş; 2) Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə tabe oldu; 3) Naxçıvan, Şərur və Dərələyəz qəzaları erməni əsgərlərindən təmizlənmişdir; 4) Zəngəzur məsələsinin yaxın vaxtlarda həlli gözlənilirdi; 5) Borçalı və Gürcüstan da sülh yolu ilə həll ediləcək bir vəziyyətdə idi. Bu müddət ərzində Azərbaycan ordusunda fərarilik halları aradan qalxmış, xalq isə əvvəlki kimi orduya əsgər verməkdən imtina etmirdi.
1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. Yanvarın 14-də, saat 12-də Azərbaycan Parlamentinin binası qarşısında çoxlu sayda insanlar toplaşıb Parlament üzvlərinin Təzəpir məscidindən gəlişini gözləyirdi. Keçirilən toplantıda natiqlər çıxış edərək xalqı təbrik edirdilər.
N.Yusifbəyli təmiz əqidəli və saf bir insan idi. Azərbaycan İstiqlal mücadiləsinin önəmli şəxsiyyətlərindən olan Nağı Şeyxzamanlı “Xatirələrim†kitabında N.Yusifbəyli ilə bağlı onun dediyi bir söhbəti belə təsvir edir: “Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq, bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək, Seymin Maarif Naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycan İstiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin Maarif Naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərdim sənə. Bu gün isə Baş Nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım. Sən, pul göndərə bilərsənmi?â€.
1920-ci ilin 27 aprelində Azərbaycan sovet rejimi tərəfindən işğal edildikdən sonra N.Yusifbəyli Bakını tərk edir (çox ehtimal ki, o da digər silahdaşları kimi hələ bolşeviklər tərəfindən işğal edilməmiş Gürcüstana − Tiflisə getməyi qərara alıb). Nəsib bəy Kürdəmir qəzasında, Yevlağa yaxın bölgədə qətlə yetirilir. Bəzi məlumatlara görə, N.Yusifbəylinin Yevlağın Qarxunlu kəndindən olan Əşrəfin dəstəsi tərəfindən öldürüldüyü söylənilsə də, bu, təsdiqini tapmayıb. Qarxunlu Əşrəflə bağlı sovet dövründə aparılan istintaq materiallarında da hadisəyə toxunulmayıb. Çox ehtimal ki, N.Yusifbəylini onu izləyən, yaxud həmin bölgədə rastlaşdığı bolşeviklər tanıyaraq qətl ediblər. Bir mənbədə isə, N.Yusifbəylinin qətli zamanı qatillərin əlindən qaçmağı bacaran sürücüsünün İstanbula getdiyi və orada Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımla görüşüb hadisəni danışdığı qeyd olunur.
M.Ə.Rəsulzadə isə 1923-cü ilin əvvəllərində Türkiyədə nəşr edilən “Azərbaycan Cümhuriyyəti†əsərində N.Yusifbəylinin sağ və yaxud ölümü ilə bağlı bir məlumatın olmadığını qeyd edirdi.
1920-ci ildə Azərbaycan işğal edildikdən sonra xanımı Ş.Qaspıralı övladları ilə birgə Türkiyəyə − İstanbula getmişdir. O, 1975-ci ildə İstanbulda vəfat etmiş, qızı Zəhra xanım isə 1996-cı ildə bu şəhərdə dünyadan köçmüşdür. N.Yusifbəylinin digər övladı − oğlu Niyazi Kürdəmir isə 1962-ci ildə Türkiyədə dünyasını dəyişmişdir.
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə 1929-cu ildə İstanbulda nəşr etdiyi “Odlu Yurd†jurnalının 27 aprel tarixli 3-cü sayındakı “İstila qurbanları − Nəsib bəy†məqaləsində yazırdı: “Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formula etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə, Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də, heç şübhəsiz, Nəsib bəyin şəhidliyidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran (hörmət, ehtiram) vəzifələrdən birincisi − Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdırâ€.
Nəsiman Yaqublu
Xəbərin oxunma sayı : 799
Warning: Undefined array key 13 in /home/azfakt/public_html/news.php on line 208
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






