“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir? - VİDEO

Tarix 24.11.21, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda insanların daha çox ərzaq məhsullarının alınmasına vəsait xərclədikləri məlum olub. Statistik məlumatlara görə bu istiqamətdə xərclənən vəsaitin 49 faizi ərzaq məhsullarının payına düşür. Kommunal xidmətlərdən istifadəyə, eləcə də toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına görə də xeyli pul sərf edilib.

AzFakt.com-un "Xəzər Xəbər"ə istinadən məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Vətəndaşlar arasında apardığımız sorğudan da məlum olub ki, insanlar gəlirlərinin böyük hissəsini ərzaq məhsullarına və kommunal xidmətlərə xərcləyirlər. Statistik məlumatlar da bu tendensiyanı təsdiq edir. Cari ilin yanvar-oktyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49 faizi ərzaq məhsullarının payına düşür. Əksər insanlar büdcələrinə qənaət edə bilmədiklərini deyirlər.

Statistik məlumatlara əsasən insanların vəsaitinin 15,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5,4 faizi elektrik malları və mebellərin, 5 faizi içki və tütün məmulatlarının, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə, 2021-ci ilin 9 ayı ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.





Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap