Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağançağırır

Tarix 18.01.22, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi də özündə bir çox məqamları, mesajları ehtiva edir.  Hazırkı dövrün əsas məsələsi regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir.  

Azərbaycan tərəfinin Ermənistana sülh müqaviləsinin imzalaması ilə bağlı təklifi və işğalçı dövlətin hələ də tərəddüd içərisində qalması diqqətdədir. Bu tərəddüdə səbəb nədir? Təbii ki, Ermənistanın yenə də ATƏT-in
Minsk qrupunun həmsədrlərindən təkliflər gözləməsidir. Reallıq budur ki, Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Yeni geosiyasi reallıqlar yaranıb. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində müharibənin başa çatmasından ötən bir ildə beynəlxalq birliyin həmin reallıqların qəbulu
ilə bağlı reaksiyasının qaneedici olduğunu bildirir. Həm işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə start verildi, həm də ədalətə və beynəlxalq hüquqa söykənərək  münaqişənin artıq keçmişdə qaldığı, yeni səhifənin açılması zamanı olduğu təsdiqləndi. Daim irəli baxan Azərbaycan
işğalçı Ermənistanı da keçmişlə yaşamamağa, gələcəklə bağlı addımlar atmağa çağırır. Ötən il keçirilən Moskva, Soçi və Brüssel görüşləri Azərbaycanın qalib tərəf kimi möhkəmlənən mövqeyinin aydın mənzərəsini yaradır. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin Zəfərimizdən sonra ilk bəyanatları ilə hazırkı dövr üçün yanaşmalarını müqayisə etdikdə böyük dəyişiklik diqqətdən kənarda qalmır.  Artıq 10 noyabr 2020-ci tarixli üçtərəfli Bəyanata və digər mühüm sənədlərə  istinadlar edilir. Yəni, reallıq  üstünlük təşkil edir. “Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, biz öz konstitusion
hüquqlarımız, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Atılan addımların nəticəsində bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər.

Cənab İlham Əliyev müsahibəsində bu məqamlara da xüsusi diqqət göstərərək bildirmişdir ki, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük. Bu, müsbət addımdır. Təbii ki, bu addımlara, yanaşmalara təsir göstərən  amillərdən biri də 44 günlük  İkinci Qarabağ müharibəsinin
gedişi oldu. Azərbaycan  müharibəni beynəlxalq humanitar normaları pozmadan apardı. Ermənistan tərəfdən dinc əhali arasında itki az olub. Amma Vətən müharibəsinin gedişi dövründə döyüş meydanında məğlubiyyətləri ilə barışmayan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi
raket atəşinə tutmaları faktdır. Dünyanın əksər gücləri artıq baş verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər  ölkəmizə hörməti və etimadı daha da artırdı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox
müsbət effektdir və daim müsbət təsir göstərəcək.

Şirinağa Əzizov,



Xəbərin oxunma sayı : 379




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap