Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Azərbaycanın ən böyük bankları məlum oldu – “Xalq Bank” siyahıdan çıxarıldı

Tarix 18.04.25, 11:21

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bank sistemində sistem əhəmiyyətli bankların siyahısı dəyişib.

Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bank ölkənin sistem əhəmiyyətli banklarının yeni siyahısını müəyyən edib.
Qeyd edək ki, “Unibank” ASC ilk dəfə olaraq sistem əhəmiyyətli bankların siyahısına daxil edilib.
Hazırda siyahıda 5 bank – “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC və “Unibank” ASC yer alır.
Onu da qeyd edək ki, əvvəlki siyahıda yer alan “Xalq Bank” ASC sistem əhəmiyyətli bankların siyahısında çıxarılıb.
Məlumat üçün bildirək ki, sistem əhəmiyyətli bank maliyyə sistemində çoxsaylı əlaqələri olan, böyük bazar payına malik və risklərin yayılması baxımından vacib rolu olan banklardır. Bu bankların aktivlərinin və əməliyyatlarının həcmi böyük olur, digər banklar və maliyyə institutları ilə sıx əlaqələrə sahibdirlər. Onların qısa müddətdə başqa bir maliyyə qurumu ilə əvəzlənməsi çətin olur.
Bu baxımdan sistem əhəmiyyətli bankın iflası digər banklar və şirkətlərə təsir göstərə, maliyyə sabitliyinə zərbə vura, investorlar və əhali arasında panika yarada bilər. Bu səbəbdən bu banklara qarşı daha sərt kapital ehtiyatı tələbləri qoyulur. Onlar daha tez-tez audit və stress-testlərdən keçirilir. Belə bankların böhran vəziyyətində dövlət dəstəyi alma ehtimalı daha yüksək olur.
Bir bankın sistem əhəmiyyətli hesab olunması üçün Mərkəzi Bank tərəfindən rəsmi status verilməsi lazımdır və bu statusa əsasən əlavə tənzimləmə və nəzarət tədbirləri tətbiq olunur.



Xəbərin oxunma sayı : 997




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap