Aygün Kazımovanın həyatında rolu olan 10 kişi Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə
Axtar
 
  • / Maqazin / — 26 Yanvar 2023

    Aygün Kazımovanın həyatında rolu olan 10 kişi

  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

Azərbaycana kiloqramı 27 dollara düyü idxal olunur - Ölkələrin tam siyahısı

Tarix 28.11.22, 17:03

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən Pakistandan Azərbaycana idxal olunacaq düyü 15%-lik gömrük rüsumundan azad ediləcək.

Yeniavaz.com xəbər verir ki, hazırda Pakistandan Azərbaycana idxal olunan düyünün payı digər ölkələrlə müqayisədə aşağıdır.

Bu ilin ilk 9 ayında Azərbaycana xaricdən 43 min ton düyü idxal olunub. İdxal olunan düyünün 936 tonu və ya 2,2%-i Pakistanın payına düşüb.
Ən böyük pay sahibi Hindistan olub. Ümumi düyü idxalının 74%-i və ya 31,7 min tonu Hindistandan gətirilib.
Azərbaycana düyü aşağıdakı ölkələrdən idxal olunub:

ÖlkəÜmumi idxal1 kq-ın dəyəri
Hindistan31 740,5 min ton0,92 $
Qazaxıstan4 874,3 min ton0,61 $
Rusiya4 109,2 min ton0,57 $
Tailand1 021 min ton0,75 $
Pakistan935,5 min ton0,71 $
Çin106,1 min ton0,57 $
Türkiyə38,8 min ton1,55 $
Uruqvay19 min ton1,1 $
İran12 min ton1 $
İtaliya7,1 min ton2,5 $
Vyetnam2,9 min ton1,1 $
Lüksemburq2,7 min ton8,2  $
Rumıniya2 min ton0,80 $
Kambociya0,8 min ton 2,56 $
B. Britaniya0,62 min ton2,7 $
Peru0,02 min ton2,5 $
Koreya0,01 min ton3 $
ABŞ0,01 min ton27 $


Açıqlanan məlumatlardan da göründüyü kimi, Pakistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri 71 sent (1,2 manat), Hindistandan gətirilən düyünün 1 kiloqramının gömrük dəyəri isə 92 sent (1,56 manat) olub. Pakistan düyüsü ölkəyə Hindistan düyüsündən 30% daha ucuz daxil olub. 15%-lik gömrük rüsumu ləğv olunduqdan sonra aradakı qiymət fərqi daha çox olacaq.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda düyüyə olan illik tələbat 60 min tondan çoxdur və bunun yalnız 17-18%-i yerli istehsal hesabına təmin olunur.
Onu da bildirək ki, Azərbaycana idxal olunan düyünün 80%-dən çoxu 9 şirkətin – "Veysəloğlu" MMC, "Tamashaee Foods" MMC, "QİDA XXI" MMC, "Best-Tarım" MMC, "Babək" firması – (Babek), "Xudafərin-1" MMC, "Elsaan Group MMC", "AL market" MMC  və  "Sun Food" MMC-nin nəzarətindədir.




Xəbərin oxunma sayı : 1021

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap