“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda 400-ə yaxın Avropa şirkəti işləyir - Avropa İttifaqı

Tarix 30.06.21, 10:23

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməyə hazırdır.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, Azərbaycan və Aİ-nin enerji və nəqliyyat sahələrində münasibətləri son illər ərzində yaxşı inkişaf edir və daha da möhkəmlənmək potensialına malikdir:

"Azərbaycanda 400-ə yaxın Avropa şirkəti işləyir. Sonunci Aİ-Azərbaycan biznes forumunda minə yaxın iştirakçı olub. Azərbaycanda işləyən Avropa şirkətləri ölkə iqtisadiyyatına investisiyaları davam etdirməyə hazır olduqlarını bildirib. Onlar "ASAN xidmət" mərkəzlərinin yaradılmasını, elektron xidmətlərin göstərilməsini, gömrük və miqrasiya xidmətlərinin işinin təkmilləşdirilməsini yüksək qiymətləndirir. Biz, həmçinin hesab edirik ki, Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması ticarətin genişlənməsinə və Avropa şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalarının artımına xidmət edəcək. Aİ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmasını, eləcə də iqtisadi şaxələndirməni dəstəkləyir".

K.Yankauskas əlavə edib ki, Aİ ixrac və idxal əməliyyatları üzrə Azərbaycanın ən iri tərəfdaşıdır. 

Onun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 37 faizi Aİ-nin payına düşür.



Xəbərin oxunma sayı : 397




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap