“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycanda benzin ucuzlaşacaqmı? - VİDOE

Tarix 30.03.23, 22:36

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarında neftin qiyməti ucuzlaşıb. Hazırda bazarda neftin bir bareli 72 dollara satılır. Neftin ucuzlaşması isə benzinin qiymətinin enmə ehtimalını gündəmə gətirir. "Aİ-95" premium və "Aİ-98" super markalı benzin Azərbaycanda istehsal olunmadığından bu marakalı benzin xaricdən idxal olunur. Bəs görəsən dünya bazarında neftin qiymətinin ucuzlaşması ölkəmizdə benzinin qiymətinə təsir edə bilərmi?

AzFakt.com Xezerxeber.az-a istinadla xəbər verir ki, iqtisatçı-ekspert Xalid Kərimli deyir ki, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Yəni, qiymətlərin artıb-azalması məhz bu dəyişikliklərdən aslıdır. Məsələn, 2021-22 -ci illərdə dünya bazarında neftin bir barelinin qiymətinin artaraq 100 dollara yaxınlaşması Azərbaycanda bu növ benzinin bahalaşmasına səbəb oldu. Çünki Azərbaycan premium markalı benzini əsasən Rumıniyadan ölkəmizə idxal edir.

Xalid Kərimli deyir ki, indi isə fərqli mənəzrə yaşanmalıdır. Yəni, ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiymətində ucuzlaşma olmalıdır.

Ekspert deyir ki, hazırda dünyanın əsas neft hasilatçılarından olan ABŞ-də neftin qiymətinin ucuzlaşması yanacağın da qiymətinin aşağı düşməsinə səbəb olub. Yanacağın qiyməti Avropa ölkələrində də ucuzlaşıb.

Qeyd edək ki, hazırda ölkəmizdə "Aİ-95" markalı benzinin bir litrinin qiyməti 2, "Aİ-98" markalı benzinin qiyməti isə 2 manat 30 qəpiyə satılır.

Ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 1009




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap