“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycanda bəzi dərmanların tərkibi ucuz olsun deyə azaldılır? – Açıqlama

Tarix 31.03.23, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Son 5 il ərzində Analitik Ekspertiza Mərkəzinin GMP deyilən etibarlı istehsalat təcrübəsi üzrə təftiş qrupu tərəfindən 80-dən artıq xarici istehsalatçının yoxlanması həyata keçirilib.

AzFakt.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Analitik Ekspertiza Mərkəzinin Keyfiyyəti İdarəetmə şöbəsini müdiri Şamil Aydəmirov deyib. 
O həmçinin sosial şəbəkələrdə yayılan bəzi iddialara da aydınlıq gətirib. Belə ki, bəzi yerlərdə iş adamlarının dərmanın daha ucuz başa gəlməsi üçün hansısa zavodlara dərman vasitəsinin tərkibinin azaldılması ilə bağlı müraciət etmələri iddiaları yayılıb.
Şamil Aydəmirov hər hansı şirkətin öz nüfuzuna xələl gətirəcək belə bir addım atdığına inanmadığını deyib:
"Bu cür halların mümkünlüyü ehtimal olunsa belə, AEM-in müxtəlif nəzarət mexanizmləri mövcuddur və keyfiyyətə nəzarət laboratoriyası da bunlardan biridir. Rəsmi idxal prosesi zamanı yoxlamalarda hansısa kənara çıxma müəyyən olunarsa, sözügedən dərman vasitəsinin ölkəyə rəsmi idxalının mümkünlüyü sıfıra bərabərdir. Bu məsələ ilə bağlı narahatlığa əsas yoxdur".



Xəbərin oxunma sayı : 700




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap