“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO

Tarix 10.05.25, 12:40

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib.

Dollarla ən baha kreditlərin verildiyi zonalara Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları daxildir. Verilən kreditin faizləri isə əraziyə görə fərqlənir.

Ən çox kredit faizi Mil-Muğan iqtisadi rayonunda, təxminən 16 faizdir. Ekspertlər deyir ki, manatla kredit daha münasib, az risklidir.

Bəs sözügedən rayonlarda yüksək faizlə götürülən dollar kreditlərinin səbəbi nədir?

Yatırım olaraq vətəndaşların dollara üstünlük verdiyi kimi banklar da yüksək zərurətdə öncəliyi xarici məzənnə kreditlərinə verirlər. Lakin vətəndaş üçün yüksək faizlə götürülən belə kredit çox risklidir.

İqtisadçı Eldəniz Əmirov "Xəzər Xəbər"ə bildirib ki, regionlara yönəlik kredit faizlərinin yüksək olmasında başqa faktorlar da rol oynayır.

Bəs, iqtisadi rayonlar üzrə faiz dərəcələri niyə bu qədər fərqlidir?

Bəzi ekspertlər hesab edir ki, bir iqtisadi rayonda xarici valyuta ilə 5-6, digər rayonlarda isə 15-16 faizlə kredit verilməsi də sual doğurur. Görünür, yüksək faizli kreditlər kənd təsərrüfatı sektoruna verilib. Çünki bu sektorda risklər yüksək olduğu üçün banklar kənd təsərrüfatını kreditləşdirməkdə heç də maraqlı deyillər. 

Daha ətraflı  süjetdə:




Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap