“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR

Tarix 09.05.25, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

DTX-nin mətbuat xidmətindən verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli addımlar barədə ətraflı söhbət açıb, Heydər Əliyevin bu orqanlarda əsasını qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən daim əsas götürüldüyünü qeyd edib.

General-polkovnik Əli Nağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılıb, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.

Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin də dövlət başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə icra olunacağını demyib.

Sonra tədbir digər çıxışlarla davam etmiş, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.







Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap