Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycanda bu məhsullar bahalaşdı - RƏSMİ

Tarix 14.03.24, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında əvvəlki aylara nisbətən qida məhsullarının qiymətlərində həm bahaşma, həm də ucuzlaşma müşahidə olunub.

AzFakt.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz təşkil edib.

Belə ki, bahalaşma xüsusilə düyü, süd, yumurta, zeytun yağı, şəkər, konfetlər, meyvə şirəsi, qoyun və toyuq əti, təzə balıqda müşahidə olunub. Eyni zamanda meyvə-tərəvəzin - naringi, limon, banan, alma, nar, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof, yerkökünün də qiymətində artım olub. Spirtli içki və, tütün məmulatlarında da bahalaşma qeydə alınıb. 

Bununla yanaşı bəzi məhsulların qiyməti ötən aylara nisbətən ucuzlaşıb. Əsasən, manna və qarabaşaq yarması, unu çörək, mal əti, günəbaxan və qarğıdalı yağları, şəkər tozu, eyni zamanda çuğundur və portağalın qiymətində azalma müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 100,7 faiz təşkil edib.



Xəbərin oxunma sayı : 883




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap