“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda ilk dəfə: Aqrodron istehsal edildi

Tarix 13.06.21, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda ilk dəfə olaraq Aqrodron istehsal edilib.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib.

O bildirib ki, tam yerli istehsal olan yeni Aqrodron əkin sahələri üçün nəzərdə tutulub:

"Bu qurğu əkin sahələrində bir neçə funksiyanı yerinə yetirir. İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirmək qabiliyyətində olan dronlar həmçinin dənəvər mineral gübrəsinin də səpinində istifadə oluna bilir."

A. Məmmədova bildirib ki, dronlar həmçinin ərazinin skan olunması, şəkillərinin çəkilib müəyyən edilməsi qabiliyyətinə də malikdir:

"Dronlar bu funksiya ilə yer quruluşunun 3 D xəritələnməsini də həyata keçirir. Fermerlər bu dronlarla həm sahəsində dərman səpməklə həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərcdən azad olur. Məsələn, hər hansısa bir sahənin aqreqatlar və digər ağır texnika ilə dərmanlanması zamanı həmin texnikanın təkərləri sahədə müəyyən bir hissəni əzir, bitkinin bir hissəsini məhv edir. Bununla yanaşı, texnikaya əlavə yanacaq sərf edilir, insan əıməyi sərf edilir və vaxt itkisi olur. Amma bu dronlar vasitəsilə sahəyə heç bir ziyan vurmadan yarım saat ərzində fermer 1 hektar yeri dərmanlaya və gübrələyə bilir.

Dronun daha bir əsas üstünlüyü isə odur ki, bu qurğu ilə fermer yalnız sahəsində ziyanvericilər olan hissəni əvvəlcədən müəyyən edə bilir. Yəni, dron əvvəlcə sahənin şəklini skan edir, hansı ərazini ziyanvericilərin məhv etdiyini müəyyən edir. Daha sonra dron həmin skan vasitəsilə yalnız ziyanvericilər olan əraziləri dərmanlayır".



Xəbərin oxunma sayı : 418




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap