“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar

Tarix 12.08.26, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


İstanbulda azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb.

AzFakt.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa rayonunda Şemsipaşa məhəlləsində yerləşən bir binada baş verib.Belə ki, mənzildən gələn pis qoxudan narahat olan sakinlər vəziyyət barədə polisə məlumat veriblər.Məlumatdan sonra ünvana polis, yanğınsöndürmə və təcili yardım heyətləri göndərilib.Polis yanğınsöndürənlərin köməyi ilə mənzilin qapısını açıb və qonaq otağında bir nəfərin cansız bədənini aşkar edib.Müayinə zamanı tibb heyəti onun Azərbaycan əsilli iş adamı Rövşən Zeynalov olduğunu müəyyən edib.

Mənzildə axtarış zamanı polis Zeynalovun bacısı Mətanət Zeynalovanı yataq otağında yatarkən aşkar edib.Psixoloji problemləri olduğu iddia edilən böyük bacının təxminən bir həftədir ki, mərhum qardaşı ilə eyni evdə yaşadığı müəyyən edilib.

Digər tərəfdən, mənzildə aparılan ilkin araşdırmalar zamanı qan izləri aşkar olunub. Rövşən Zeynalovun cəsədi ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb. 
Hadisə ilə bağlı araşdırma başlayıb.

“Unikal” qəzetiniın məlumatına görə, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək. Onun əslən Qubadlı rayonundan olduğu və Türkiyədə ayaqqabı biznesi ilə məşğul olduğu bildirilir.

Digər məlumatlara görə, azərbaycanlı iş adamı sosial mediada daha çox Bəniz təxəllüsü ilə tanınan tiktoker Aybəniz Xəlilova ilə evli olub. Onların bu evlilikdən Mətin adlı bir oğulları da var.

Qeyd edək ki, Aybəniz Xəlilova bir neçə gün əvvəl Azərbaycan Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri ilə 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.





Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap