| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Azərbaycanlılar niyə bu qədər dişsizdir - ARAŞDIRMA
Tarix 27.08.26, 21:52 |
|
Televiziyada, sosial şəbəkələrdə, küçə sorğularında, müxtəlif tədbirlərdə insanlara baxanda diqqətdən yayınmayan bir mənzərə var. Efirə çıxan və kamera qarşısında danışan insanların bir hissəsinin dişləri ya yoxdur, ya da ciddi şəkildə zədələnib. Bəzilərində ön dişlər çatışmır, bəzilərində dişlərin böyük hissəsi çürüyüb, bəzilərində isə illərdir müalicə olunmamış ağız-diş problemləri açıq şəkildə görünür.
Bu mənzərə xüsusilə Bakının sosial-iqtisadi baxımdan daha zəif təbəqələrinin yaşadığı ərazilərdə və paytaxtdan kənarda – Azərbaycanın rayonlarında daha qabarıq müşahidə olunur. Diş probleminə görə insanlar gülməkdən, danışmaqdan çəkinir. Bu, gəlir səviyyəsi, tibbi xidmətə çıxış, profilaktika mədəniyyəti və səhiyyə sisteminin vəziyyəti ilə bağlı daha böyük sosial problemin görünən tərəfidir.
Bir insanın ön dişinin olmaması ilk baxışda adi stomatoloji problem kimi görünsə də, həmin dişin niyə vaxtında müalicə edilmədiyi sualı verildikdə məsələ dəyişir. Bəlkə müalicənin qiyməti ailə büdcəsi üçün ağır olub?
Bəlkə insan diş həkiminə yalnız ağrı dözülməz həddə çatanda müraciət edib? Bəlkə yaşadığı rayonda əlçatan və keyfiyyətli stomatoloji xidmət olmayıb Yaxud ümumiyyətlə, uşaqlıqdan diş sağlamlığına münasibət formalaşmayıb?

Statistika da bu vizual müşahidənin arxasında ciddi problemin dayana biləcəyini göstərir. Belə ki, 2024-cü ildə Azərbaycan məktəbliləri arasında aparılmış və Beynəlxalq Stomatologiya Jurnalında (müəlliflər Gülşən Zeynalova, Nərmin Feyzullayeva – E.M.) dərc edilmiş araşdırmanın nəticələri xüsusilə düşündürücüdür. 1 275 uşağın müayinəsinə əsaslanan tədqiqatda kariyesin yayılması 6 yaşlı uşaqlarda 59,1 faiz, 12 yaşlılarda 74,2 faiz, 15 yaşlılarda isə 77,2 faiz təşkil edib.
Yəni 15 yaşa çatanda təxminən hər dörd məktəblidən üçündə kariyes problemi müşahidə olunub. Bu rəqəm bir daha göstərir ki, yetkinlik yaşına çatanda dişlərini itirən və ya ciddi stomatoloji problemlərlə yaşayan insanın hekayəsi çox vaxt həmin gün başlamır. Problem illər əvvəldən, uşaqlıqda başlayır.
ÜST-nin ən son məlumatları nə deyir?
Ümumdünya Səhiyyə Təşkilatının 2024 və 2025-ci illərdə yayımladığı qlobal hesabatlar və məlumat bazaları ağız-diş xəstəliklərini ayrıca izləyir. Lakin Azərbaycan üzrə kariyes, periodontal xəstəlik və dişsizliklə bağlı ən son ölkə göstəricilərinin bir hissəsi hələ də 2019-cu ilin hesablamalarına əsaslanır. ÜST-nin Azərbaycan üzrə ağız sağlamlığı profilində 1–9 yaşlı uşaqların 46,8 faizində süd dişlərində müalicə olunmamış kariyes, 5 yaşdan yuxarı əhalinin 33,4 faizində daimi dişlərdə müalicə olunmamış kariyes göstərilir. 15 yaşdan yuxarı əhalinin 15,4 faizində ağır periodontal xəstəlik, 20 yaşdan yuxarı insanların isə 10,2 faizində dişsizlik qeydə alınıb.
Bunlar 2024–2025-ci illərdə Azərbaycanda aparılmış yeni müayinələrin nəticələri deyil, ÜST-nin ölkə üzrə mövcud olan əsas hesablamalarıdır. Məhz buna görə Azərbaycanda yeni milli stomatoloji epidemioloji araşdırmaya ehtiyac daha aydın görünür.
Niyə diş ən əvvəl kasıbın problemidir?
Dünyada diş sağlamlığı sosial bərabərsizliyi ən aydın göstərən sahələrdən biri olaraq qəbul olunur. Gəliri yüksək olan insan üçün erkən kariyesi vaxtında müalicə etdirmək, ildə bir neçə dəfə stomatoloqa getmək, peşəkar təmizləmə etdirmək və diş problemini böyümədən həll etmək mümkündür. Aşağı gəlirli ailə üçün isə prioritetlər tamam başqadır. Ailə büdcəsində ərzaq, kirayə, kommunal xərclər, uşaqların təhsili və digər gündəlik ehtiyaclar önə keçir. Diş isə çox vaxt yalnız ağrı başlayanda yada düşür. Beləliklə, sadə plomb məsələsi zamanla daha mürəkkəb və bahalı müalicəyə çevrilir. Sonra isə insanın qarşısında başqa seçim qalır - müalicə etmək, yoxsa dişi çıxartdırmaq?
Çox vaxt ikinci variant daha ucuz başa gəlir. Amma bu “ucuzluq” əslində problemin həlli deyil. Çünki bir dişin itirilməsi sonradan protez, implant və digər müalicə xərcləri yaradır.
Rayonlarda vəziyyət niyə daha görünən ola bilər?
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına əsasən, dünyada 20 yaşdan yuxarı 350 milyondan çox insan tam dişsizlikdən əziyyət çəkir. Bu göstərici 65 yaşdan yuxarı əhali arasında daha kəskin xarakter alır və həmin yaş qrupunda hər dörd nəfərdən birinin tam dişsiz olduğu bildirilir. Azərbaycanda isə 60 yaşdan yuxarı əhalinin təxminən 15-20 faizinin, yəni orta hesabla 150 minlə 200 min arasında insanın bütün təbii dişlərini itirdiyi təxmin edilir. Bu vəziyyətə gətirib çıxaran başlıca amillər sırasına müalicə olunmayan karyes, iltihabi diş əti xəstəlikləri və müntəzəm stomatoloji profilaktikanın yetərsizliyi daxildir.
Ölkədə kadr təminatına gəldikdə isə Azərbaycanda rəsmi qeydiyyatda olan stomatoloqların ümumi sayı 3 minə yaxındır. Bu da hər 10 min nəfər əhaliyə təxminən 3.3 stomatoloq, yaxud hər həkimə orta hesabla 3 min nəfər pasiyent düşməsi deməkdir. Mütəxəssis təminatı regional baxımdan qeyri-bərabər paylanıb. Həkimlərin 60 faizdən çoxu Bakı və iri şəhərlərdə fəaliyyət göstərdiyindən rayonlarda bu göstərici yarıbayarı aşağı düşür. Azərbaycanın adambaşına düşən stomatoloq sıxlığı hər 10 min nəfərə 7-9 həkimin düşdüyü Avropa İttifaqı ortalamasından təxminən 3 dəfə geridə qalır.
Bakıda böyük özəl stomatoloji klinikaların sayı çoxdur. Rayonlarda isə xidmətlərin çeşidi, mütəxəssis seçimi və ixtisaslaşmış müalicəyə çıxış imkanları daha məhdud ola bilər. Bu səbəbdən regionlarda yaşayan vətəndaş üçün stomatoloji xidmətə çıxış yalnız qiymətlə bağlı məsələ deyil. Məsafə də qiymətdir. Rayonda mürəkkəb müalicə aparılmırsa, insan Bakıya getməlidir. Yol, vaxt, qalmaq və müalicə xərci birləşəndə stomatoloji xidmət ailə üçün daha ağır maliyyə yükünə çevrilir.
Azərbaycanda stomatoloji problemlərin geniş yayılmasının səbəblərindən biri də ağız sağlamlığına münasibətdir. Bir çox insan stomatoloqa profilaktik məqsədlə deyil, yalnız ağrı yarananda müraciət edir. Halbuki ÜST ağız xəstəliklərinin böyük hissəsinin qarşısının alına və ilkin mərhələdə müalicə oluna bildiyini vurğulayır. Kariyesin əsas risk faktorları arasında sərbəst şəkərlərin yüksək istehlakı, qeyri-kafi ağız gigiyenası və flüora kifayət qədər məruz qalmamaq göstərilir.
Məktəblərdə flüorla qarqara praktikası
Uşaqlarda diş çürüməsinin qarşısını almaq üçün dünyada "Məktəbəsaslı flüorla qarqara proqramları" geniş tətbiq olunur. Bu metod xüsusilə Yaponiya, ABŞ, Kanada və bəzi Avropa ölkələrində səmərəli dövlət səhiyyə təşəbbüsü kimi istifadə edilir. Şagirdlər müəllim və ya tibb işçisinin nəzarəti altında həftədə 1 dəfə 0.2%-li natrium-flüorid məhlulu ilə ağızlarını 1 dəqiqə qarqara edirlər. Son illərdə qarqara zamanı məhlulun təsadüfən udulması riskini sıfıra endirmək üçün xüsusilə ibtidai siniflərdə qarqaradan flüor lakına (Fluoride Varnish) keçid edilir. Araşdırmalar göstərib ki, dişin səthinə çəkilən lak həm daha təhlükəsizdir, həm də karies riskini 20–40 faiz azaldır.
Uşağın dişi niyə valideynin problemi olaraq qalır?
Azərbaycan məktəblərində ağız-diş sağlamlığı üzrə profilaktik proqramların əhatə dairəsi ayrıca müzakirə edilməlidir. Çünki 6 yaşlı uşaqların 59 faizindən çoxunda, 12 və 15 yaşlılarda isə 70 faizdən çoxunda kariyes aşkarlanırsa, yalnız valideynin “uşağın dişinə fikir verməsi” ilə problemi həll etmək mümkün görünmür. Burada məktəb səhiyyəsi də işə düşməlidir. Uşaqların mütəmadi stomatoloji skrininqdən keçirilməsi, risk qruplarının müəyyənləşdirilməsi, valideynlərə məlumat verilməsi, qidalanma və ağız gigiyenası barədə maarifləndirmə aparılması daha sistemli şəkildə həyata keçirilməlidir.
Çünki 15 yaşında çürümüş dişə plomb qoymaq nəticədir; 6 yaşında kariyesin qarşısını almaq isə siyasətdir.
ÜST-nin 2024–2025 yanaşması nəyi dəyişir?
ÜST son illərdə ağız sağlamlığına ayrıca stomatoloji problem kimi deyil, ümumi səhiyyənin tərkib hissəsi kimi yanaşmanı gücləndirir. 2024–2025-ci illərin ÜST materiallarında əsas istiqamətlərdən biri profilaktika, ilkin səhiyyəyə inteqrasiya və ağız-diş xidmətlərinə çıxışdakı bərabərsizliyin azaldılmasıdır. Bu yanaşma Azərbaycan üçün də aktualdır. Daha çox stomatoloji klinika açmaqla problem həll olunmayacaq.
Əgər uşaqlar xəstələnmədən əvvəl müayinə olunmursa, ailələr profilaktikanın əhəmiyyətini bilmirsə və aşağı gəlirli insanların stomatoloji xidmətə çıxışı məhduddursa, klinikaların sayının artması problemin yalnız bir hissəsini həll edir. Ən bahalı diş, vaxtında qorunmayan dişdir.
Musavat.com
Musavat.com
Xəbərin oxunma sayı : 166
Sosial
Xəbərlər
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Suraxanıda yol problemi: İcra nümayəndəsi “düzələr“ deyib getdi
-
Heç vaxt qazı olmayan kənd - “Gərək bir inəyini verəsən ki, odun alasan”
-
Xaricdə təhsil şirkəti sizi aldadıbsa, nə etməlisiniz? - Açıqlama
-
“Qarabağ“ mübarizəni dayandıdı - 12 illik seriya qırıldı
-
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
-
“İran və Qətər əməkdaşlığı bərpa edə bilər“ - Pezeşkian
-
Sabah bu rayonlarda qaz olmayacaq - XƏBƏRDAARLIQ
-
Azərbaycanlılar niyə bu qədər dişsizdir - ARAŞDIRMA
-
Moskvadan Paris və Londona sərt xəbərdarlıq - “Atəşlə oynayırsınız...“
-
“Sabah”ın rəqibləri məlum oldu: “Barselona”, “Arsenal”, “Man.Yunayted”…
-
Bakıda qanlı insident - İcra başçısının atası adam vurub?
-
Adi 1 dollar sizi zəngin edə bilər: Bu əskinaslara diqqət edin!
-
Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? - Daxil Kərimovun “misilsiz xidməti“
-
Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi
-
Azərbaycan Rusiyadan idxalı kəskin azaltdı - rəqəmlər açıqlandı
-
“Niyə biabırçı, tərbiyəsi olmayanlar toylarınızdadır?“ - Əməkdar artist
-
Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçırdı - Kürdəmirdə saxlanıldı
-
Moskva Rumıniya diplomatını qovdu – XİN bəyanat yaydı
-
129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? - VİDEO
-
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
-
Milli Kibertəhlükəsizlik Agentliyində dəyişiklik - Onlar yeni vəzifəyə təyinat aldı
-
“Qarabağ“dan bir gündə 3 transfer - İkisi gəldi, biri gəlir...
-
Hansı qiymətə mənzil almaq yaxşı investisiya sayılır? - İqtisadçı rəqəmləri açıqladı
-
Moskvadakı səfirliyimizin önündəki təxribatın görüntüləri yayıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Koneks Construction“un tenderdən-tenderə dəyişən üzü: Tikinti, geyim, təsərrüfat malları
-
Moskvada Azərbaycana qarşı təxribat - Rəsmi Bakının CAVABI
-
Azərbaycanda ticarət obyektlərində pozuntular aşkarlanıb - FOTOLAR
-
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
-
Prezidentdən “Sabah“ futbol klubu ilə bağlı Sərəncam - Pul ayrıldı
-
Saxlanılan Nigar Fərhad əslində kimdir? - “Sözün bitdiyi an“
-
Ermənistanda Rusiyayönlü qüvvələrə qarşı repressiyalar artır - Zaxarova
-
Tövlə, hin inşası üçün vəsait ayrılmayıb - Xankəndi sakinlərinə müraciət
-
Bu qədər abituriyent kənarda qaldı - 500-dən yuxarı bal toplasalar da
-
Nepaldan və Tibetdən dəhşətli xəbərlər - İtkin düşənləri 700-dən çoxu xarici turistlərdi
-
Təhsil tələbə kreditinə müraciət başlayır: Kimlər yararlana biləcək?
-
Süni İntellekt dövlət qurumlarına necə təsir edir? - “Xərc 20 manatdan 8-ə düşübsə...”
-
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - VİDEO
-
Məişət texnikası və mətbəx əşyalarının qiymətləri nə qədər artıb? - Siyahı
-
Trampın oğlunu öldürənə 10 milyon mükafat - İrandan qəribə addım
-
Azərbaycana ən çox turist iki ölkədən gəlir - Rəqəmlər açıqlandı
-
Məktəbli geyimlərinin qiymətləri və satış ünvanları açıqlandı - SİYAHI
-
DİM qəbulun nəticələrini açıqladı - 59 minə yaxın abituriyent tələbə oldu
-
SOCAR 2025-ci il üzrə maliyyə nəticələri: 12,6 milyard manat mənfəət
-
Nepaldakı daşqının dəhşətli görüntüləri - 100-dən çox insan ölüb + VİDEO
-
İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
-
Əhali ən çox bu ərzaqların alışına pul xərcləyir - Statistika
-
Podrat yoxsa xidmət? - Ali Məhkəmə fərqi dəqiqləşdirdi
-
Türkiyəli sahibkar Bakıda aldadıldığını deyir - “715 min dollarımı vermirlər”
-
Sosial şəbəkələrdə saxta xidmətlər - DİN xəbərdarlıq etdi
-
Robert Koçaryan həbs edildi - Hansı ittihamlar irəli sürülüb?
-
ABŞ qənimət məhkəmələrini bərpa edir - İran neft tankerlərinin ovlanmasına hazırlıq
-
Nigar Fərhad saxlanıldı - Aparıcı istintaq nəzarətindədir
-
Küləkli havada dənizə girməyin! - Müraciət
-
Azərbaycanda hər 5 uşaqdan 1-i rəsmi nikahdan kənar doğulur
-
Nizami rayonunda abadlıq işləri aparıldı, tullantılar isə təmizlənmədi - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
CİA direktoru Rusiyada nəyi müzakirə edib? - Yeni detallar
-
Mİ6 Rusiya təhlükəsi ilə bağlı məlumat verdi - Britaniyadan şok xəbərdarlıq
-
58 yaşında tələbə oldu: Ən çox nəvələri sevindi - VİDEO
-
“Pullar və bank kartlarının hamısı yandı” - Ev sahibi yanğından DANIŞDI
-
Niyə bəzi insanlar pul qoxusunu sevir - Bunun səbəbi nədir?
-
ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq - Tramp
-
Enzo Fernandes üçün 152 milyon ödəməyə hazırdırlar - İngiltərədə rekord
-
Müəllimlərin nəzərinə: Vakansiya seçimi başlayır
-
Avropada turistlərin yeni seçimi - İstidən şimala qaçırlar
-
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib - Təbrik etdi
-
Zəngilan məktəbi üçün 2 milyonluq mebel və avadanlıq - Qalib şirkətin sahibi kimdir?
-
Avqustun 27-si və 28-də bu yollar bağlanacaq - XƏBƏRDARLIQ
-
“Onun öldüyünü düşünmürəm” - Tramp Xameneidən danışdı
-
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
-
Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunda - Fotolar
-
Qardaşına ömürlük həbs cəzasının verilməsini istədi - Emil Ağayevin cinayət işi
-
Azərbaycanda yeməkxanalar azalır, kofeşoplar artır - İqtisadçı səbəbini açıqladı
-
Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada böyük rəğbət qazanıb - Ziroat Mirziyoyeva
-
Generalın adından istifadə edib 75 min mənimsədi - Həbs edildi
-
Pezeşkian ABŞ-a xəbərdarlıq etdi - “Heç nəyə nail ola bilməyəcəksiniz...”
-
Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
-
Mehriban Əliyeva qızları ilə açılışlarda - FOTOLAR
-
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
-
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
-
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
-
Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq
-
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR karvanı - VİDEO
-
Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
-
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım - FOTO
-
Əmlak sahibinin hüquqları - Qanun nə deyir?
-
“Koçaryanla bağlı zəng etməyin” - Simonyan Moskvaya ismarıc göndərdi
-
610 bal topladı, universitetə qəbul olmadı - FOTO
-
MİDA əməkdaşının sürücüsündən dələduzluq: “Pulu notariusun qarşısında aldım“
-
“Energetik” görüntüsü, adi sərinləşdirici içki: İstehlakçı niyə aldadılır?
-
Bakı və Masallıda pensiya dələduzluğu - Vətəndaşlar necə aldadılıb?
-
“Milyonçu“ şousundan Çempionlar Liqasına... - Dambrauskasın maraqlı həyat hekayəsi
-
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
-
Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü
-
“Ermənistan bizi aldatmasın...” - Volodin də İrəvanı təhdidi etdi
-
Polad Bülbüloğlu kiminlə evlənib? - Tanınmış rəqqasədir + FOTO
-
Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
-
Ölkəyə palma yağı gətirilməsində rekord - daha hamı yeyir?
-
Prezident İlham Əliyev “Sabah“ı təbrik etdi - FOTO
-
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
-
“Sabah” rekord məbləğdə gəlir əldə edib - Məbləğ bəlli oldu
-
Pakistanda xəstəxanada yanğın oldu – 15 körpə öldü
-
Bakıda tikilidə yanğın oldu: 36 yaşlı kişinin meyiti aşkarlandı (VİDEO)
-
Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət
-
Trampdan Kanadaya ağır ittiham - “Bizi illərdir qarət edirlər”
-
Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO
-
Salmonella epidemiyası: 8 ölkədə yumurtalar satışdan yığışdırılır
-
Azərbaycandan xaricə çıxarılan pullar necə geri qaytarılır? - Əməliyyatlara “Musto” və oğlu rəhbərlik edir
-
Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bu gün Laçın Şəhəri Günüdür
-
Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?
-
"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində
TOP 10
ARXİV






