![]() |
|


8.jpg)











Bakı Hərbi Məhkəməsi “mahmudovçu“ların əyləncə mərkəzinə çevrilib – deyib, gülüb azadlıqda gəzirlər
Tarix 24.11.21, 10:00 |
|

Zərərçəkən: “Əlimi pula vurub Vüsalın üzünə baxdım - gözləri parıldayırdı; imkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı”
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manatı, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.
Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.

Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər. Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.
Ötən prosesdə zərərçəkənlərdən Hüseyn Səfərov vəsatətlə çıxış edərək təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb etmişdi. Hüseyn Səfərov vəsatətini belə əsaslndırmışdı ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir. Ondan ifadələrindən imtina etməyi və ərizəsini geri götürməyi tələb edir.
“Məni hədələyir. Ərizəmi geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Deyir ki, mən bəraət alacağam, səni həbs edəcəyəm. Xahiş edirəm ki, barəsində həbs qəti imkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın” – deyə zərərçəkən vəsatətində bildirmişdi.
Bundan sonra prokuror məsləhətləşmək üçün prosesdə fasilə elan edilməsini istəmişdi. Məhkəmə prokurorun istəyini nəzərə almışdı.
Noyabrın 23-də keçirilən proses əvvəlki proseslərdən təqsirləndirilən şəxslərin – Vüsal Ələkbərov, Sahib Ələkbərov və Yasin Məmmədovun əhvallarının yüksək səviyyədə olması ilə fərqlənib.
Zərərçəkənlər məhkəmə zalında təqsirləndirilən şəxslərin aralarında danışıb gülmələrinin səbəbini anlamayıblar. Hətta hakim Elbəy Allahverdiyev zala daxil olarkən belə hər 3 şəxs gülərək ona əhəmiyyət belə verməyiblər. Hakimin “özünüzü yığışdırın” nidasından sonra bayaqdan gülüb danışan Vüsal Ələkbərovun həbsi ilə bağlı vəsatət müzakirəyə çıxırılıb. Hakim vəsatətə münasibət bildirmək üçün sözü prokurora verib. Prokuror isə vəsatətin qiymətləndirilməsinini məhkəmənin mülahizəsinə buraxıb. Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıtdıqdan sonra vəsatət heç bir səbəb göstərilmədən, əsaslandırma olmadan, izah verilmədən rədd edilib. Vəsatət rədd ediləndən sonra təqsirləndirilən şəxslər yenidən gülməyə başlayıblar.
Bundan sonra zərərçəkən Hüseyn Səfərov sərbəst ifadəsini davam etdirdi:
- Ötən prosesdə də demişdim, bu quldurlar məni girov götürəndə “Kapital Bank”ASC-nin “Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlində məni tutdular. 67 gün məni MTN-də saxladılar. Ailəmdən 3 milyon dollar pul tələb edirdilər. Mənə də cinayətimin nə olduğunu da demirdilər. Deyirdilər ki, 3 milyon dolları ver, buradan çıx. Verməsən, burada qalacaqsan. Məni “Meşə qardaşları” adlanan qrupun üzvləri ilə bir kameraya salmışdılar. Hədələyirdilər ki, həmin adamları ömürlük cəzaya məhkum edəcəklər. Onlardan ötrü səni öldürmək də heç nədir. Yəni səni öldürsələr belə cəzaları dəyişməyəcək, onsuz da ömürlük alacaqlar. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Həmin gün mən Vüsal Ələkbərovun kabinetində idim. Oğlum pulu gətirib MTN-in arxa qapısında Vüsala vermişdi.
Möhtərəm hakim, bunlar o dərəcədə harınlamışdılar ki, Vüsal Ələkbərov oğluma zəng edib açıq şəkildə “pulu gətirmisən?”, deyə, açıq soruşmaqdan belə çəkinmirdi.
Pulu MTN-in binası yanında oğlumdan alıb kabinetinə gətirdi. Qara “Nike” markalı çanta idi. Ondan xahiş etdim ki, aç pula baxım. Açdı, əlimi pula vurub Vüsalın üzünə baxdım. Gözləri parıldayırdı. İmkanı olsaydı, sevincindən çırtma çalıb oynayardı. Telefonu götürüb Mövlam Şıxəliyevə zəng elədi. Sevincək şəkildə “Mövlam müəllim, pul gəldi”, dedi. O da dedi ki, pulu gətir kabinetimə gəl. Vüsal çantanı götürüb sevinə-sevinə getdi. Az sonra qayıdıb gəldi, dedi ki, səni bir neçə günə buraxacağıq. Belə də oldu. Dekabrın 19-da Mövlam Şıxəliyev məni kabinetinə çağırdı. Dedi ki, səni bu gün buraxırıq, amma yerdə qalan 350 min dolları da qısa zamanda verməlisən. Verməsən, səni də, oğlunu da həbs edəcəyik.
Mən azadlığa çıxandan sonra pulu toplaya bilmirdim. 2009-cu ilin əvvəlində Vüsal Ələkbərovun yanına getdim. Ona dedim ki, 350 mini düzəldə bilmirəm. Dedi ki, get, evini sat, pulu gətir. Ona dedim ki, mənim bircə evim var, həmin evin də üzərinə həbs qoymusuz. Məktub verdi, gedib evi həbsdən çıxardım və satdım. Qaldırın, işin içində bunun məktubu da var, evi həmin məktubdan sonra satdım. Buna dair arayış da işdə var. 350 min dolları da gətirib MTN-in binasının arxa tərəfində oğlumun iştirakı ilə şəxsən Vüsal Ələkbərova verdim.
Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng elədi, dedi ki, Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 “Vertu” telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 “Vertu” telefonu ona verdim. Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng elədi, dedi ki, Mövlam müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlam Şıxəliyevə kabinetində verdim. Yenə əl çəkmədilər.
Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. 2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı “Churchill” markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanımda qardaşına verdi.
Sərbəst ifadəsini bitirəndən sonra hakim proses iştirakçılarına müraciət edərək Hüseyn Səfərova suallarının olub-olmaması ilə maraqlanıb.
Prokuror zərərçəkənə Mövlam Şıxəliyevi nə vaxtdan tanıması, xidməti kabinetində neçə dəfə olması ilə bağlı suallar verib.
Hüseyn Səfərov deyib ki, Mövlam Şıxəliyevi həbsindən 1 gün sonra görüb və tanıyıb. Bundan sonra Vüsal Ələkbərovun müşayəti ilə dəfələrlə Mövlam Şıxəliyevin xidməti kabinetində olub:
-Hər görüşümüzdə Mövlam Şıxəliyev “pulu nə vaxt çatdırırsız” , “pulu nə vaxt verirsiz” suallarını verirdi. Mən də deyirdim ki, uşaqlarım pulu toplaya bilmirlər, nə vaxt düzəltsələr, gətirib verəcəklər.
Bundan sonra zərərçəkənlərdən Zaur Əliyev Hüseyn Səfərova bir neçə sual verib.
Məlum olub ki, Hüseyn Səfərov həbsdə olduğu günlər ərzində barəsində cinayət işi, cinayət təqibi, istintaq hərəkəti olmadan 67 gün qanunsuz və əsassız olaraq MTN-də saxlanılıb:
-Məni orada girov saxlayırdılar. Bilirdilər ki, məni azad etsəydilər, tələb etdikləri 3 milyon dolları ala bilməyəcəklər.
Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov da Hüseyn Səfərova bir neçə sual verib.
Əvvəllər Vüsal Ələkbərovdan şikayətçi olduğu halda Mövlam Şıxəliyevdən şikayət etməməsinin səbəbi ilə maraqlanıb. Hüseyn Səfərovun cavabı belə olub:
-Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Vüsal Ələkbərov həbs olundu. Mən o zaman ondan rəsmi olaraq şikayət etmişdim. O zaman mən Mövlam Şıxəliyevə zəng vurdum, ondan məndən aldıqları 2 milyon dolları geri tələb etdim. O da dedi ki, məsləhət edəcək, mənimlə əlaqə saxlayacaq. Kiminlə məsləhət edəcəyini demədi. Bu gün Mövlam Şıxəliyev buradadır, məsləhət verəninin kimliyini özündən soruşun. Bir neçə gündən sonra onunla bir də əlaqə saxladım. Lakin telefon zənglərimə cavab vermədi.
Mövlam Şıxəliyev isə zərərçəkənin yalan danışdığını deyib. Hüseyn Səfərov isə cibindəki Quran kitabını çıxararaq Mövlam Şıxəliyevə uzadıb. O da əlini müqəddəs kitaba uzadaraq baş verənlərdən xəbərsiz olduğunu deyib.
Prokuror və hakimlər Hüseyn Səfərovun ailəsinin pulu necə toplamaları, harada və kimə vermələrinə dair bir neçə sual veriblər. Hüseyn Səfərov suallara ətraflı cavab verib. Bundan sonra proses noyabrın 30-na kimi təxirə salınıb. Növbəti prosesdə Hüseyn Səfərovun qanunsuz həbsi epizodu üzrə şahidlərin dindiriləcəyi gözlənilir.(yeni musavat)
Xəbərin oxunma sayı : 1522
loading...
Gündəm
Xəbərlər
-
Ginnessin Rekordlar Kitabına düşən futbolçular - İnanılmaz faktlar
-
Ukrayna Rusiya tanklarının qəbiristanlığına çevrilir - FOTOLAR
-
Qonşu ilə xəyanət, bağışlanma, pozulan tövbə... - Qatil ərdən şok ifadələr
-
“İrəvan Moskvanın təhriki ilə Brüsseli neytrallaşdırır” - “Caliber”in şərhi
-
Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – FOTOFAKT
-
Prezident Administrasiyasının şöbələrindən biri ləğv edilib
-
Azərbaycan daha 14 ölkədən uçuşlara icazə verdi - Rəsmi
-
Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi
-
DTX və Baş Prokurorluq birgə əməliyyat keçirdi - İmtahan suallarını satanlar həbs edilib
-
Azərbaycanda donor bankı yaradılıb - Transplantasiya həyata keçirəcək mütəxəssislər hazırlanır
-
Əfv Komissiyasının iclası keçirilib - 500-dən çox müraciətə baxılıb
-
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də
-
Bakı Təhsil İdarəsində keçmiş müavinlərini direktor təyin etdirən kimdir? - FOTO
-
“Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır“ - Rəcəb Tayyib Ərdoğan
-
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilməyəcək
-
“Patı” məsələsini qabardanda üstümüzə gəlirlər - Deputatdan məmurlara sərt ittihamlar
-
“Şuşa mədəniyyət paytaxtıdır” - ICESCO-nun Baş direktoru
-
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanunda dəyişiklik TƏSDİQLƏNDİ
-
Kəlbəcər istiqamətində atışma - Müdafiə Nazirliyi məlumat yaydı
-
“Azərbaycandan Həcc ziyarətinə getməklə bağlı müəyyən dəyişikliklər edilib“ - QMİ sədri
-
“Hazırda Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır“ - Əhməd İsmayılov
-
Balıqçıların nəzərinə: Rüsum tələb olunacaq
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“İsveç əsl terror yuvasıdır” - Ərdoğan
-
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü - FOTO/VİDEO
-
Maşın almaq istəyənlərə şad xəbər: Hansı avtomobillərə güzəşt ediləcək? - VİDEO
-
Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın hava proqnozu
-
“Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb” - Britaniya kəşfiyyatı
-
Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb
-
“Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs üzvümüz deyil” – Vəkillər Kollegiyası
-
Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
-
Məşhur “Fantaziya” hamamı sökülür? - AÇIQLAMA
-
Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib
-
“Ukraynaya döyüşmək üçün gəlməmişəm” – Müsavat başqanının müavini deputata cavab verdi
-
İlham Əliyev akademiyaya yeni rektor təyin etdi - FOTO
-
“Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi
-
Prezident İlham Əliyev türkiyəli naziri qəbul etdi - VİDEO
-
Azərbaycanda müəllim şagirdi döydü: Araşdırma başladı - VİDEO
-
“Ermənistanda bu gün də qisasçılıq meylləri var“ - QMİ sədri
-
Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - VİDEO
-
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker
-
“Rusiya ordusu təxribat və kəşfiyyat qruplarından isitifadə edir“ - Ukrayna BQ
-
Hulusi Akar azərbaycanlı qazilərlə görüşdü - FOTO
-
“ABŞ Finlandiya və İsveçə lazımi mesajları çatdıracaq” - Cavuşoğlu
-
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi
-
Tanınmış qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti kritikdir
-
“Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik“ - Aİ nümayəndəsi
-
Mustafa Kamal Atatürkün doğum günüdür
-
Azərbaycanlı məşhurların bahalı geyimləri və aksessuarları - SİYAHI
-
Bakıda icra məmuru qadın vəkili döyüb - FOTO
-
“Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı haqlı narahatlıqlarımız var” - Çavuşoğlu
-
Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü –Tədbirdə
-
Hərbi qulluqçular icbari narkoloji müayinədən keçəcək - Rəsmi
-
“Biz donora çevrilmişik, özümüz kredit ayırırıq“ - Prezident İlham Əliyev
-
Siyavuş Novruzovu narahat edən məqamlar: “Bir çox qurumlar iş yox, şou göstərir”
-
Azərbaycan millisinin baş məşqçisi:“Bakıda Tanrı kimi yaşayıram“
-
Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib - Prezidentlərin çıxışı + FOTOLAR
-
“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”
-
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü
-
Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
-
“Terrorçuları bizə verməyəcəksiniz, ancaq bizdən NATO üzvlüyü istəyəcəksiniz?” - Ərdoğan
-
Nazirliyə yeni səlahiyyət verildi - FƏRMAN
-
Putin Donbasdakı qoşunları öz nəzarətinə götürüb - “The Telegraph”
-
Bu şəxslər cərimələnəcək - Yeni qayda
-
“Araz Naxçıvan“a texniki məğlubiyyət verildi - “Xan Lənkəran“ finalda
-
Uyğur rayonunda hər 25 nəfərdən biri terror ittihamı ilə məhkum edilib
-
"DİN və DTX-nin peşəkarları bu işə cəlb olunub" - Kamran Əliyev
-
“Miss Azerbaijan 2022“nin qalibi: “İndi gözəllik standartları dəyişib“
-
Güclü külək əsəcək, yağış yağacaq - Xəbərdarlıq
-
“O vaxt Basayev və Xəttabı məhv edə bilərdim” - Kadırov
-
Azərbaycanda son sutkada 5 nəfər koronavirusa yoluxub - 1 nəfər ölüb
-
2 900-ə yaxın hərbçiyə əlillik təyin edildi - FOTO
-
Dünən Şəmkirdə yanan ev sabiq deputata məxsusdur: “Olur belə hallar”
-
Azərbaycanda nə üçün siqaret qıtlığı yaranıb? - VİDEO
-
Rusiya “S-500”ləri silahlanmaya qəbul etdi
-
“Ermənistanla sülh sazişi imzalamaq istəyirik“ - Azərbaycan Prezidenti
-
AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb – QSC niyə ziyanla işləyir?
-
"Etibar İnşaat - K" MMC Bakıda yaşıllığı doğradı - VİDEO
-
Taksi sürücüsünü qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib - TƏFƏRRÜAT
-
Şuşada məskunlaşacaq insanların sayı ilə bağlı AÇIQLAMA
-
Rəcəb Tayyyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
-
“Paşinyan 44 günlük müharibəyə görə dindiriləcək“ - Ermənistan İstintaq Komitəsi
-
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb - Saxlanılan var
-
Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs tutuldu
-
Azərbaycanda yuyucu vasitələr kəskin bahalaşdı - VİDEO
-
“NATO artıq Baltik dənizi regionunda ayıq-sayıqdır” - Stoltenberq
-
Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb - O, həm də nazir müavinin oğludur...
-
Azərbaycan və Litva prezidentləri görüşüb - FOTO
-
Büdcə pullarını “Ceşmə” və “Alfons”a kimlər “axıdır”? - Adlar...
-
“Marşal planı“na ehtiyacımız var“ - Böyük Britaniya XİN başçısı
-
Səttar Mehbalıyevin qardaşının “Nobellik” pasport biznesi: Dövlət 60 manat, rəis 150 manat qazanır
-
“Kadırovun əmisi oğlu Mariupolda səhra komandiri olub“ - Britaniya kəşfiyyatı
-
Azərbaycan neftinin qiyməti 123 dolları ötüb
-
Filarmoniya gecə klubuna çevrilib? - VİDEO
-
Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO
-
Diri quşların Azərbaycan ərazisindən tranzitinə məhdudiyyət qoyulub
-
İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı
-
Mövqelərimiz intensiv atəşə tutulub - Müdafiə Nazirliyi məlumat yaydı
-
Bakı yollarındakı son vəziyyət açıqlanıb - SİYAHI
-
“Döyüşçü olmayan bu komandada yer ala bilməz” - Qurban Qurbanov
-
Bakıda baş vermiş yanğında bir nəfər ölüb - VİDEO (Yenilənib)
-
Əlillik dərəcələri bunlara əsasən veriləcək - Rəsmi
-
Azərbaycanda buğda qıtlığı yarana bilər? – VİDEO
-
Etibar Əliyev məhkəmədə ifadə verib: “Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə restoranda görüşdük”
-
Ukrayna Müdafiə qüvvələrinin qərargah rəisi - “Bölmələrimiz Qərb silahları ilə silahlandırılır”
-
Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
-
“Rusiya Üçüncü Dünya müharibəsinin başlamasına imkan verməyəcək“ - Medvedev
-
Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb – FOTO
-
Putin Qərbi ittiham edib: “Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır”
-
Kəmaləddin Heydərov polkovniki işdən çıxartdı
-
Baş nazir əlilliklə bağlı yeni meyarları təsdiqlədi
-
“Euronews” Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb - VİDEO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Günün transfer xəbərləri: Mourinyu “Nyukasl“a gedəcək?
-
Şəki sakini yolsuzluq avtomobili hazırlayıb - VİDEO
-
Azərbaycanda bu xəstələrə müəllim işləmək qadağandır – SİYAHI
-
Ölkədə nikaha girən və boşananların sayı AÇIQLANDI
-
“NATO iki dəyərli müttəfiq qazanır“ - Şolts
-
Şagirdlərin nəzərinə: İmtahanların nəticələri ELAN olundu
-
“Bizim alıcılıq qabiliyyətimiz Avropadakılardan daha yüksəkdir“ – Komitə sədri
TOP 10
ARXİV