Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Bakıda 300-ə yaxın sakin “havada qalıb” - “İnşaat Konstruksiyaları” MMC-dən şikayət

Tarix 12.02.24, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərində 300-ə yaxın sakin mənzilinə köçə bilmir.

Bu barədə Oxu.Az-ın redaksiyasına Yasamal rayonu, A.Şərifzadə, 33 ünvanında “İnşaat Konstruksiyaları” MMC-dən mənzil alıb, amma köçə bilməyən sakinlər bildiriblər.

Sakinlərdən biri Fərhad Nəcəfovun sözlərinə görə, tikintisi 2016-cı ildə başlanan bina təhvil verilmir:

“Tikilinin yerində əvvəllər 93 sakinin yaşadığı beşmərtəbəli bina olub. 2016-cı ildə pilot layihə adı altında bina söküldü və yenisi tikilməyə başladı. Təsəvvür edin ki, səkkiz il keçib, amma bina hələ də yarımçıqdır. MMC rəhbərliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək, tikintisi yarımçıq qalmış bina təhvil verilmir”.

Açıklama yok.
Sakinlər binanın təhvil verilməsini istəyirlər:

“Həmin binaya nə vaxt baş çəksək, dörd-beş fəhlə işləyir. Bir blokda pəncərə qoyulur, üç aydan sonra digər blokda proses həyata keçirilir. Binaların damları tam bağlanmayıb. Dörd binadan ibarət binaya səkkiz lift lazımdır, amma birinin yeri hazırlanıb”.

İddiaçılar deyirlər ki, bina söküləndə onlar üçün 300 manat kirayə pulu təyin edilib:

“Amma pulu vaxtında ala bilmirik. Hətta 13 aydır, kirayə pulu almayan vətəndaş da var. Səkkiz ildə nə ev təhvil verilib, nə də kirayə pulu artıb”.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap