Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Bakıda “Pfizer“ peyvəndi vurulan gəncin bədənində səpkilər yarandı - SƏBƏB + FOTO

Tarix 13.09.21, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


İsrail alimləri herpetik infeksiya ilə kovidə qarşı vaksinlərin əlaqəsini sübut edib. Belə ki, peyvəndin əks təsirlərindən biri də orqanizmdə herpes virusunun aktivləşməsi ola bilər. 

İsrailin Suraski və Karmel tibbi elmi mərkəzlərinin alimləri 6 nəfər koronavirusa yoluxmuş xəstədə və 4 nəfər Pfizer vaksini olunmuş şəxsin bədənində herpes zoster- kəmərvari dəmrov səpkilərinin yarandığını qeydə alıblar.

Araşdırma üçün ayrılan 491 xəstədən 6-da herpes zoster aşkarlanıb.

Bu xəstəlik ağrı və dəridə qaşınma, səpkilərlə başlayır, müalicə olunmasa sinirlərin zədələnməsi ilə nəticələnir.

Tədqiqatçılar müəyyən edib ki, öncədən orqanizmdə revmatik və autoimmun iltihabi xəstəlik riski yüksək olan insanlarda peyvənddən sonra herpetik infeksiyanın alovlanması ehtimalı da çoxdur.

Herpes Zoster aşkarlanan bu şəxslərin hər biri gənc idi və yüngül autoimmun xəstəlikləri var idi. Halbuki kəmərvari dəmrov adətən 50 yaşdan yuxarı yaşlılarda çox rast gəlinərdi.

5 nəfərdə Pfizer peyvəndinin ilk dozasından, 1 nəfərdə isə ikinci dozadan sonra herpes meydana çıxıb.

Alimlər bu ağırlaşmanın yeganı çıxış yolunu peyvənddən öncə herpes zosterə qarşı peyvənd olunmaqda olduğunu deyir.

Qeyd edək ki, analoji hal eynilə Bakıda da rastlanıb. Belə ki, koronavirusa qarşı Pfizer peyvəndini seçən 28 yaşlı gənc oğlan iyulun 15-də ikinci dozanı vurdurub. Avqustun ortalarında qəfildən bədənində güclü ağrılarla oyanan Azər Məmmədov əvvəlcə soyuqladığını düşünür.

Ağrıkəsici və parasetamol içsə də vəziyyət düzəlmir. 5 gün sonra onun bədəninin müxtəlif sahələrində herpes səpkiləri üzə çıxıb.

Ona herpes zoster diaqnozu qoyulub və müalicəyə başlasa da hələ də ağrıları kəsməyib. Gənc pasiyent bildirir ki, ömründə ilk dəfədir belə xəstəliklə qarşılaşıb.

Bir ehtimal da var ki, güclü peyvənd immunitetin mübarizəsini aktivləşdirir, orqanizmdə illərlə gizli qalan herpes oyanaraq, yeni antititellərə qarşı müharibəyə başlayır. Beləliklə, iki güclü virusun mübarizəsi immuniteti çökdürür.

Pfizer peyvəndi qoruyuculuğuna görə Sinovakdan güclüdür və onun əks təsirləri və riskləri də çoxdur.

Mənbə: Medicina.az







Xəbərin oxunma sayı : 838




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap