Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bakıda bu binalarda mənzillər ucuzlaşır - AÇIQLAMA

Tarix 17.09.21, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Avqust ayında Bakıda təkrar mənzil bazarında 1 kvadrat metrin orta qiymət 1696 manatdan 1646 manata düşüb.

AzFakt.com xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, faiz nisbətilə ay ərzində azalma 2,95 faiz, il ərzində isə 1,73 faiz təşkil edib.

N.İbrahimov əlavə edib ki, ilkin mənzil bazarında isə 1 kvadrat metrrin orta qiyməti 1401 manatdan 1428 manata yüksəlib. Ay ərzində artım 1,93 faiz, il ərzində isə 13,18 faiz təşkil edib.

Ekspert köhnə binalarda mənzillərin ucuzlaşmasını struktur dəyişikliyi ilə əlaqələndirib: "İki il bundan əvvələ qədər 1970-ci ilə qədər tikilən mənzillərin ipoteka krediti ilə alınmasına banklar tərəfindən şərait yaradılırdı. Ancaq iki il bundan əvvəl 1970-ci ilə qədər olan köhnə mənzillərin kreditləşməsinə məhdudiyyət qoyuldu və nəticədə zaman-zaman köhnə evlərin bazar portfelində payı artır və nəticədə qiymət aşağı düşür çünki həmin evlərin satışda sayı çox olsa da alıcısı azdır.

Ancaq ilkin mənzil bazarında qiymətlərin bahalaşması bir neçə faktorla bağlıdır. Birinci faktor təklifin azalmasıdır. İkinci faktor tikintinin maya dəyərinin bahalaşmasıdır. Bu faktorlar son nəticədə ilkin mənzil bazarında qiymətlərin bahalaşmasına gətirib çıxarır”.



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap