“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda iki qadın arasında baş verən bıçaq davasının detalları – “Həbsxanadan tanış olublar”

Tarix 11.07.24, 9:32

Font ölçüsü : - / +
bitmap-img6


Bağda təşkil etdikləri yeyib-içmək məclisinin sonu ağır cinayətlə sona çatıb.

Xezerxeber.az xəbər verir ki, aralarında qadın da olan iki nəfərin bıçaqlandığı hadisə ötən gecə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 51 yaşlı Zəminə Babayeva tanışı 53 yaşlı Lalə Vəliyeva və 67 yaşlı Valeh Məmmədovu bıçaqlamaqda şübhəli bilinərək saxlanıb.

Yaralılardan nisbətən vəziyyəti yaxşı olan Valeh Məmmədov dərhal özünü və yanında olan qadını Sabunçu Tibb Mərkəzinə çatdırıb.

Hadisə zamanı xəsarət alan Valeh Məmmədov deyir ki, illərdi qeyri-rəsmi münasibətdə olduğu Lalə Vəliyeva ilə rəfiqəsi Zəminə Babayevanın dəvəti ilə onun bağına gediblər. Onlar bağda yeyib içiblər. Valleh iddia edir ki, Zəminə Babayeva sərxoş olduqdan sonra hələki bilinməyən səbəbdən bıçaqla onlara hücum edib.

Onu da öyrəndik ki, yaralanan Lalə Vəliyeva 15 il əvvəl öz rəfiqəsini Valeh Məmmədova görə qətlə yetirib və hər ikisi 12 il müddətinə azadlıqdan məhrum edilib. O vaxt  Zəminə Babayeva da ərini öldürməkdə, qaynına xəsarət yetirməkdə təqsirli bilinərək 14 il azadlıqdan məhrum edilib. Yəni qadınların tanışlığı həbsxanada olub. Onlar azadlığa çıxdıqdan sonra da mütəmadi görüşüblər.

Zəminə Babayeva artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.






Xəbərin oxunma sayı : 790




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap