“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda yaşayış binasında yanğın - 27 sakin təxliyə olundu

Tarix 10.06.24, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, A.Cəlilov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının çoxmənzilli yaşayış binasının şaxtasındakı elektrik naqillərində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində elektrik naqillərində baş vermiş yanğın qısa müddətdə söndürülərək daha böyük fəsadların qarşısı alınıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən 6-sı azyaşlı olmaqla 27 bina sakini təxliyə edilib.

Xəsarət alan yoxdur.





Xəbərin oxunma sayı : 844




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap