Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bakıda yaradılacaq mərkəzi rayona hansı ərazilər daxil olacaq? - RƏSMİ

Tarix 16.10.21, 13:48

Font ölçüsü : - / +
bitmap-img6


Bakının mərkəzi rayonun yaradılması ilə bağlı sənədlər Nazirlər Kabinetinə göndərilib. 

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə məlumat verib. O, bildirib ki, artıq bununla bağlı sənədləşmə işləri aparılır, məsələ tezliklə həllini tapacaq, Bakının mərkəzi rayonuna 4 rayonun ərazisi daxil olacaq:

"Səbail rayonu demək olar ki, tamamilə mərkəzi rayona daxil olacaq. 20-ci sahədən Şıxov istiqamətinə istisna olmaqla mərkəzi rayona daxil edilməyəcək. "Bayraq meydanı"a qədər Səbail rayonun ərazisi yeni mərkəzi rayona daxil ediləcək. Digər rayonlardan da bəzi ərazilər mərkəzi rayona veriləcək".

Memar qeyd edib ki, Bakının tarixi mərkəzi 770 hektardan çox ərazidir: "Bu gün həmin ərazi dörd rayon arasında bölüşdürülüb. Bu 770 hektar Səbail, Yasamal, Nəsimi və bir qədər də Nərimanov rayonun ərazisinə düşür. İdarəetmə də dörd nöqtədən aparılır. Tarixi mərkəzə isə yanaşma müxtəlif ola bilməz. Ona görə də bir mərkəzi rayon yaradılmalı, orada qayda-qanunlar daha da sərtləşdirilməlidir. Tələbkarlıq daha yüksək olmalıdır. Bunlar bir məntəqədən idarə olunmalıdır".

E. Qasımzadə bildirib ki, Bakının mərkəzi rayonuna İçərişəhər də daxil olacaq. Amma onun idarəetməsi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, 2019-cu il mart ayının 1-də Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səsləndirilib.



Xəbərin oxunma sayı : 496




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap