Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Banklar niyə biznes krediti verməyi azaldıb? - Mütəxəssis açıqladı

Tarix 29.09.22, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Son bir ayda bankların istehlak və ipoteka kredit portfeli artarkən biznes kredit portfeli avqustla müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bank kredit portfelinin strukturu barədə məlumata əsasən, iyul ayının sonunda biznes kredit portfeli 10 milyard 497 milyon manat təşkil etdiyi halda, avqustun 31-də bu məbləğ 10 milyard 492 milyon manata düşüb.

Maraqlıdır, beş milyon manatlıq azalma nə ilə bağlıdır? Ümumiyyətlə, biznesin inkişafına yaradılan imkan qaneedicidirmi?

Məsələni oxu.az-a şərh edən maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov azalma qısa müddətdə baş verdiyi üçün problemin nədən qaynaqlandığını deməyin çətin olduğunu bildirib:



“Sadəcə bir-iki ay ərzində biznes kreditləri azalıb, ona görə də bu, mövsümi faktor ola bilər, yəni yay aylarıdır, adətən, həmin dövrdə biznes aktivliyi yüksək olmadığı üçün biznes kreditləri də olmur”. 

Ekspert qeyd edib ki, bütövlükdə biznes kreditlərinin verilməsində problem var:

“Banklar bu sektora daha az maraq göstərir, çünki uğurlu özəl sahibkar azdır. Uğurlular da, əsasən, dövlət layihələrində iştirak edənlərdir. Dövlət layihələrində isə işləri böyük şirkətlər üzərlərinə götürürlər. Yəni onların kreditə bir çox hallarda ehtiyacı olmur. 

Ümumilikdə, biznes kreditləri banklar üçün böyük risklər törədir. Çünki biznes krediti verəndə şəxs ya sabah onu qaytarmaq istəmir, ya da qaytara bilmir. Özü də biznesmen adi vətəndaşdan fərqli olaraq, həm banka, həm məhkəməyə çox savadlı və uzunmüddətli müqavimət göstərə bilir. Bu da həmin istiqamətdə qanunların zəif və məhkəmə-hüquq sistemində boşluqların olmasıyla bağlıdır. Ona görə də banklar sahibkarlara kredit verməyə meyilli deyil”.



Xəbərin oxunma sayı : 616




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap