Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Banklarda əmanətlərin həcmi və faizləri yüksəlib – Son məlumatlar

Tarix 02.10.24, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlər 14 milyard 185,5 milyon manat olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi son bir il ərzində 12,8% və ya 1 milyard 605,4 milyon manat artıb.
Qeyd edək ki, əmanətlərin artımı həm milli, həm də xarici valyutada müşahidə olunub. Manatla yerləşdirilən əmanətlər son bir il ərzində 1 milyard 353,8 milyon manat artaraq 9 milyard 371,6 milyon manata, xarici valyutada yerləşdirilən əmanətlər isə 251,6 milyon manat artaraq 4 milyard 813,9 milyon manata yüksəlib.

Məlumat üçün bildirək ki, əmanətlərin artmasına paralel olaraq əmanət faizlərində də artım olub. Belə ki, son bir ildə manatla yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi 5,05%-dən 5,47%-ə, xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə orta faiz dərəcəsi isə 1,02%-dən 1,64%-ə yüksəlib. 
Onu da bildirək ki, banklarda yerləşdirilən əmanətlərin 88,8%-i və ya 12 milyard 593,6 milyon manatı paytaxt Bakının payına düşüb. 
Manatla yerləşdirilən əmanətlər üzrə ən yüksək faiz Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda orta faiz dərəcəsi 6,79% olub. Ən aşağı faiz dərəcəsi isə Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – 3,37%.



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap