Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Azərbaycan bu ölkələrdən heyvan idxalını kəskin artırıb - Sayı və qiymətlər

Tarix 13.03.25, 12:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayında Azərbaycana ümumi dəyəri 6 milyon 506,8 min dollar olan 7 min 646 baş iribuynuzlu heyvan idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal edilən bir baş iribuynuzlu heyvanın orta gömrük dəyəri 1 447 manat (851 dollar) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana builkindən 2,4 dəfə az – 3 min 128 baş iribuynuzlu heyvan gətirilib və onların da bir başının orta gömrük dəyəri 1 438 manat (846 dollar) təşkil edib.
Qeyd edək ki, iribuynuzlu heyvanlar Azərbaycana 3 ölkədən gətirilib. Yanvar ayında Rusiyadan 4 min 967 baş iribuynuzlu heyvan idxal edilib və bir başın orta gömrük dəyəri 1 820 manat olub. Bundan başqa, Qazaxıstandan 1 790 baş, Gürcüstandan isə 889 baş heyvan idxal edilib. Bu ölkələrdən gətirilən heyvanların bir başının orta gömrük dəyəri müvafiq olaraq 759 manat və 743 manat təşkil edib.
Məlumat üçün onu da bildirək ki, ötən ilin eyni dövründə də Azərbaycana Rusiya (2 276 baş) və Qazaxıstandan (852 baş) heyvan idxal edilib. Rusiyadan gətirilən iribuynuzlu heyvanların gömrük dəyəri 324 manat bahalaşıb, Qazaxıstandan gətirilən heyvanların gömrük dəyəri isə 526 manat ucuzlaşıb.



Xəbərin oxunma sayı : 274




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap