Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

4 vəkilə xəbərdarlıq edildi, 2 vəkilə isə töhmət verildi

Tarix 13.03.25, 19:35

Font ölçüsü : - / +
bitmap-img6


Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzFakt.com xəbər verir ki, iclasda çıxış edən ARVK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını, icbari təlimi, habelə ixtisas imtahanının şifahi müsahibə mərhələsini uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib, onlara vəsiqə təqdim edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə öz arzusu ilə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Bundan başqa, "Vəkillər Kollegiyasının "Konstitusiya və Suverenlik İli” çərçivəsində Tədbirlər Planı” təsdiq edilib, o cümlədən "Vəkillik fəaliyyəti” adlı kitabın müzakirəsi və dərslik kimi təsdiq edilməsi məsələsinə baxılaraq müvafiq qərar qəbul edilib.

Həmçinin iclasda "Philip C. Jessup” Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə maliyyə dəstəyinin verilməsi ilə bağlı ADA Universiteti və Bakı Dövlət Universitetinin Hüquq fakültələrinin müraciətlərinə baxılıb. Müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Daha sonra iclasda "Hüquq mühafizə orqanları və vəkil peşələri arasında etik məsələlər üzrə əməkdaşlığa dair” İşçi Qrupunun yaradılması və vəkil üzvlərinin təyin edilməsi ilə bağlı Deontologiya Komitəsindən daxil olan müraciətə baxılıb. Rəyasət Heyəti tərəfindən "Hüquq mühafizə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" və "Məhkəmə orqanları ilə etik davranış qaydaları üzrə əməkdaşlığa dair" İşçi Qruplarının yaradılması qərara alınıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap