“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bayram bitdi, bahalıq qaldı - Bazarda alıcı yox, qiymətlər isə artır

Tarix 24.03.25, 13:51

Font ölçüsü : - / +
bitmap-img6


Bayram ərəfəsində bazarlarda qiymətlərin bahalaşması artıq adi hal alıb. Adətən, bu artım məhsullara olan tələbatın yüksəlməsi ilə əlaqələndirilir. İllərdir ki, eyni tendensiya davam edir: bayram yaxınlaşdıqca qiymətlər artır, lakin bayramdan sonra müəyyən qədər ucuzlaşma müşahidə olunur.

Bəs hazırda bazarlarda vəziyyət necədir?

Paytaxtın ən iri bazarlarından biri olan "8-ci kilometr" bazarında apardığımız müşahidələr göstərir ki, bayram bitdikdən sonra bəzi meyvə-tərəvəzin qiyməti daha da bahalaşıb.

Məsələn, mandarinin qiyməti bayram günlərində 3,5-4 manat arasında dəyişirdisə, indi 50 qəpik bahalaşaraq 4,5 manata qədər yüksəlib.

Əvvəl 50 qəpiyə satılan limon indi 70 qəpiyə, 40-qəpiyə satılan isə 50 qəpikdən təklif olunur.

Kartofun qiyməti isə daha çox artıb. Bayrama qədər 1,20 - 1,30 manata satılan kartof indi 1,50 manata təklif olunur. Satıcılar bunun səbəbini xaricdən gətirilən məhsulun azalması ilə izah edirlər.

Soğanın qiyməti bayram ərəfəsində olduğu kimi 1,2 manatdan satılır. Göyərtilərin qiyməti isə nisbətən sabit qalıb – 15-20 qəpiyə satılır.

Bazarda qiyməti ucuzlaşan yeganə məhsul xiyardır. Əgər bayram günlərində xiyar 2,5 - 3 manata satılırdısa, indi 2 manatdan başlayır. Hətta bəzi piştaxtalarda qiymət 1,80 manata qədər düşüb. Ancaq bu ucuzlaşma ümumi bazar vəziyyətinə ciddi təsir etmir, çünki digər əsas ərzaq məhsulları bahalaşmaqda davam edir.

Ətin qiymətində də heç bir dəyişiklik yoxdur. Mal əti 14-15 manat, quzu əti isə 19-20 manat aralığında satılır. Ancaq bu qiymətlər artıq uzun müddətdir sabit qalsa da, alıcılar üçün kifayət qədər yüksəkdir.

Bazarlarda alıcı da, satıcı azdır

Bazarda bir çox piştaxtanın bağlı olduğunu müşahidə etdik. Görünür, bəzi satıcılar bayramdan sonra hələ də bazara qayıtmayıb. Bazarda satış edənlər isə alıcıların ümumiyyətlə, bazara gəlmədiyini deyərək, vəziyyətdən şikayətlənirlər. Onlar bildirirlər ki, bayram üçün bazarlara xeyli məhsul gətirilib, lakin alıcı qıtlığı səbəbindən bəzi məhsullar piştaxtada xarab olmağa başlayır.

Satıcılar deyir ki, bayram üçün bazara çoxlu məhsul gətirilib, amma gözlənilən satış olmayıb.

"Bayram ərəfəsində insanlar bir az çox alış-veriş edir, amma indi alıcı yoxa çıxıb. Hər gün gətirdiyimiz göyərti, meyvə-tərəvəz xarab olur. Ziyana işləyirik", – deyə bir satıcı şikayətlənir.

Bazardakı alıcılarla da söhbət edirik. Bəzi insanlar sadəcə qiymətlərə baxır, heç nə almadan uzaqlaşır. Alıcıların  yüksək qiymətlərdən şikayətlənir.

"Bayramdan sonra qiymətlərin enəcəyini gözləyirdik, amma indi daha da bahalaşıb", – deyə bir alıcı bildirir.

Bazardakı durğunluq nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a danışıb:

"Bazarlarda qiymət artımının bayramla əlaqəli olması təbii haldır. Yəni belə bir tendensiya həmişə mövcud olub. Bayram günlərində qiymətlərin yüksəlməsi adi haldır. Lakin bunun həm də mövsümi bir xarakter daşıdığını düşünürəm. Çünki yanvar-fevral aylarından etibarən qiymətlərin artdığını müşahidə edirik. Bu tendensiya, adətən, yeni meyvə-tərəvəzin bazara çıxmasına qədər – may ayının sonu, iyunun əvvəlinə qədər davam edir. Həmin dövrdən etibarən bazarlarda qiymətlərin sabitləşdiyinin və meyvə-tərəvəzin ucuzlaşdığının şahidi ola bilərik.

Bu tendensiya eyni zamanda, Azərbaycanda qış mövsümündə meyvə və tərəvəzlərin saxlanması üçün soyuducu infrastrukturunun yetərincə inkişaf etmədiyini də göstərir. Yəni uzunmüddətli saxlama imkanları məhduddur. Məhz bu səbəbdən mövsümlə əlaqəli qiymət artımı illərdir davam edir".









Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap