“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beş ölkə vətəndaşlarına ABŞ-la bağlı xəbərdarlıq etdi - Təfərrüat

Tarix 30.11.22, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın qeyri-kommersiya təşkilatı Silah Zorakılığı Arxivi (GVA) ABŞ-da 4 və ya daha çox insanın güllələndiyi atışmaların statistikasını dərc edib. Statistikaya görə, 2020-ci ildən bəri ABŞ-da hər il təxminən 600 kütləvi atışma baş verir.

AzFakt.com "Haber Global"a istinadən xəbər verir ki, bu məlumatların ardından Avstraliya, Kanada, İngiltərə, Almaniya və Yaponiya ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşlarına silahlı hücumla bağlı xəbərdarlıq edib.

Avstraliya hökuməti ABŞ-a səfər etməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib ki, bu ölkədə zorakı cinayətlər Avstraliyaya nisbətən daha çoxdur. 

Kanada hökumətinin açıqlamasında ABŞ-a səfər edəcək vətəndaşlara normal təhlükəsizlik tədbirləri almaqları üçün tövsiyə edib:

"ABŞ-da kütləvi atışma hadisələri baş verir və bu, tez-tez insan tələfatı ilə nəticələnir. Düzdür, bu hadisələrdə turistlər nadir hallarda iştirak edirlər, lakin yanlış zamanda yanlış yerdə olmaq riski var", - məlumatda deyilir.
Britaniya Xarici İşlər Nazirliyi həmçinin ABŞ-a səyahət edənlərə kütləvi atışma hadisələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edib. Həmçinin qeyd edilib ki, zorakı cinayətlər, o cümlədən silahlı cinayətlər nadir hallarda turistləri narahat edir, lakin tanış olmayan ərazilərdə səyahət edərkən ehtiyatlı olmaq lazımdır.

ABŞ ilə güclü turizm əlaqələri olan başqa bir ölkə  Almaniya Xarici İşlər Nazirliyi öz saytında ABŞ-da silah əldə etməyin asan olduğunu, buna görə də silah zorakılığının tez-tez baş verdiyini qeyd edib.

Yaponiya isə öz vətəndaşlarına potensial aktiv silahlı şəxslərə qarşı görüləcək tədbirlərlə bağlı tövsiyələr verib. Bildirilib ki, ABŞ-da əsas təhlükəsizlik problemlərindən biri silah cinayətidir.



Xəbərin oxunma sayı : 445




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap