Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bəhlul “Bayer”lə oyunda qaçırdığı qol epizodundan danışdı: “100 milyonluq futbolçu da…”

Tarix 21.03.24, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustana qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.

O, mətbuat konfransında əvvəlcə sabahkı görüş barədə fikirlərini bölüşüb: “Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq. Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı 2 matçda həm yaxşı oyun sərgiləməyə, həm də qələbə qazanmağa çalışacağıq”.

O, millidəki ab-havanın yüksək səviyyədə olduğunu bildirib: “Hər şey qaydasında gedir. Plana uyğun çalışamalarımızı davam etdiririk”.

B.Mustafazadə bildirib ki, son zamanlar sıx qrafikdə oynamaları “Qarabağ”ın futbolçularının millidəki çıxışına təsir etməyəcək: “Bu, milli komandadır. Nə olur, olsun, çətinliyə, yorğunluğa baxmayaraq, millidə bütün futbolçular ikiqat çalışırlar. O cümlədən də biz”.

“Qarabağ”ın üzvü “Bayer”lə matçın sonunda qaçırdığı qol epizodunun ona psixoloji cəhətdən mənfi təsir etmədiyini söyləyib: “Hər şey qaydasındadır. “Bayer”ə qarşı 2 gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdur”.



Xəbərin oxunma sayı : 595




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap