Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Beyləqanda örüş sahələrinin zəbt olunduğu iddia edilir - VİDEO

Tarix 08.06.26, 10:06

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonunun Dünyamalılar kənd sakinləri mal-qara saxlanılmasında çətinliklərlə üzləşdiklərini deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, buna səbəb uzun illər otlaq kimi istifadə etdikləri örüş sahələrinin əllərindən alınmasıdır.

Sakinlər bu vəziyyətin yaranmasında kəndin ilk bələdiyyə sədri olmuş Sahib Cəfərovu ittiham edirlər.

Onların sözlərinə görə, örüş və otlaq sahələrinin çatışmazlığı heyvandarlıqla məşğul olmağı xeyli çətinləşdirib.

Sakinlər deyirlər ki, Zamiq Vəliyev adlı şəxs örüş sahələrinin təyinatını dəyişdirib və əkib.

İddialarda adı hallanan Zamiq Vəliyevlə əlaqə saxladıq, özü rayonda olmadığı üçün, suallarımızı onun işlərinə cavabdeh olan Nihad Vəlizadə cavablandırdı.

O qeyd edib ki, mübahisəli örüş sahəsi banklardan birində kredit qarşılığında girovda olub. Bank həmin ərazini hərraca çıxardıqdan sonra torpaq rəsmi çıxarış əsasında alınıb.

Dünyamalılar kənd sakinləri məsələ ilə bağlı son çarə kimi məhkəməyə müraciət edəcəklərini deyirlər.







Xəbərin oxunma sayı : 976




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap