“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Beyləqanda ilin ilk səyyar qəbulları keçirildi - Fotolar

Tarix 10.01.25, 9:40

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan RİH-in başçısı Əziz Əzizov tərəfindən 2025-ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan ilk səyyar görüşləri keçirilib.

AzFakt.com xəbər verir ki, yanvarın 7-də rayonun İmamverdili kəndində və yanvarın 9-da Mayak qəsəbəsində keçirilən səyyar qəbullarda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ərazidə yaşayan sakinlər iştirak ediblər.

RİH başçısı Əziz Əzizov səyyar qəbullarda 2025-ci ilin gəlişi münasibətilə hər kəsi təbrik edib, Vətənimizə - sülh, əmin-amanlıq və tərəqqi arzulayıb. 

Əziz Əzizov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Səyyar qəbullarda sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Əziz Əzizov sakinlərin həlli vaxt tələb edən müraciətləri ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib. 







Xəbərin oxunma sayı : 1045




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap