Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bəzi müəssisələrdə təhlükəli kimyəvi maddələr utilizasiya edilib - FOTO/VİDEO

Tarix 22.11.22, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi müəssisələrdə təhlükəli kimyəvi maddələr utilizasiya edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik bəzi müəssisələrdə ilkin yanğınsöndürmə vasitəsi olan yanğınsöndürən balonların doldurulması və ya tərkibinin yenilənməsində istifadə olunan quru kimyəvi toz maddələrdən götürülmüş nümunələrin laboratoriya sınaqları nəticəsində normativ tələblərə cavab vermədiyi və yanğınların söndürülməsində yararsızlığı ilə yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilib.

Qeyd olunanlarla bağlı pozuntular aşkar olunmuş həmin müəssisələrin fəaliyyətinin dayandırılması ilə yanaşı, insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq ümumilikdə istifadəyə yararsız və təhlükəli 1620 kiloqram quru kimyəvi toz maddə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli tullantıların idarə olunması üzrə Milli Mərkəz”ində utilizasiya edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.



Xəbərin oxunma sayı : 646




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap