Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

Tarix 17.05.21, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 2,3 faiz azalıb.

Aşağıda məhsul qrupları və onların satış gəlirləri əks olunub:

Belə ki, əhali illik müqayisədə ərzaq məhsullarına 2,4 faiz, içki və tütün məmulatlarına 0,5 faiz, toxuculuq məhsulları, geyim və ayaqqabılara 0,3 faiz, əczaçılıq məhsulları və tibb ləvazimatlara 39,6 faiz, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 2,7 faiz, avtomobil benzini və dizel yanacağına 0,2 faiz daha çox vəsait xərcləyib. Elektrik malları və mebellərə 2,5 faiz, digər qeyri-ərzaq mallarına isə 8,8 faiz daha az vəsait sərf edib.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 300,4 manatlıq (illik müqayisədə 3,9 faiz çox), o cümlədən 165 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (illik müqayisədə 6,5 faiz çox), 135,4 manatlıq qeyri-ərzaq malları (illik müqayisədə 0,9 faiz çox) alıb.  





Xəbərin oxunma sayı : 862




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap