“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər? - RƏSMİ

Tarix 03.05.21, 19:14

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, bu gündən Azərbaycanda COVID-19 infeksiyasına qarşı ikinci peyvəndin - "Vaxzevria”nın ("AstraZeneca” firmasının istehsalı) tətbiqinə başlanılıb. Bakı şəhəri ilə yanaşı 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq. Bununla paralel yanvar ayının 18-dən etibarən ölkədə həm də "Çinin "Sinovac” firmasının "Coronavac” vaksini tətbiq olunur.

Ölkədə hər iki vaksinin tətbiqi əhali arasında bəzi suallar yaradır. Birinci dozanı "Sinovac” peyvəndindən alan şəxslər ikinci dozada "AstraZeneca” ilə peyvənd oluna bilərmi?

"Qafqazinfo” bu suallara aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, vaksinləri qarışdırmaq olmaz: "Birinci doza hansı vaksin vurulubsa, ikinci doza da eyni vaksin vurulmalıdır”.

TƏBİB-dən həmçinin qeyd edilib ki, birinci və ikinci dozalar eyni miqdarda vurulur.

Xatırladaq ki, bu gündən tətbiqinə başlanılan "COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza "Vaxzevria” peyvəndi gətirilib. Buna qədər isə Azərbaycanla Çin arasında 5 milyon doza "Sinovac” firmasının "Coronavac” peyvəndinin gətirilməsilə bağlı müqavilə imzalanıb və vaksinin bir partiyası ölkəyə gətirilib. İndiyə qədər isə ölkədə hər iki dozada vaksin olunanların sayı 541 min 715 nəfərdir. Ölkə üzrə ümumilikdə 1 milyon 516 min 923 doza vaksin vurulub.



Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap