Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Braziliya və Venesuela arasında mübahisə güclənir: Sərhədə əlavə hərbi qüvvələr göndərilir

Tarix 05.12.23, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Braziliya Müdafiə Nazirliyi Venesuela ilə sərhədə 20 zirehli texnika göndərmək qərarına gəlib.

Bu qərar Venesuela ilə Qayana arasında ərazi mübahisəsinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.

Bu barədə Braziliya müdafiə naziri Jose Musio Monteyro məlumat verib.

Onun sözlərinə görə, zirehli texnika ölkənin şimalındakı Rorayma ştatında yerləşdiriləcək, oraya, həmçinin əlavə 130 hərbi qulluqçu göndəriləcək.

Monteyronun sözlərinə görə, əməliyyat regionda qeyri-qanuni mədənlərin istismarına qarşı mübarizənin təmin edilməsi üçün çoxdan planlaşdırılıb, lakin indi zirehli texnika sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, Venesuela və Qayana arasında Essekibo çayının qərbində yerləşən və Qayana-Essekibo adını alan 159 min 500 kvadratmetr əraziyə sahiblik uğrunda münaqişə 100 ildən artıqdır ki, davam edir. Bu ərazi Qayananın üçdə ikisindən çoxunu təşkil edir və burada 283 min nəfər yaşayır, ölkənin ümumi əhali sayı isə 800 mindən çoxdur.

İki ölkə arasında ərazi mübahisəsi 2015-ci ildə ən azı 10 milyard barellik neft yataqlarının aşkarlanması və Qayananın sərhədləri delimitasiya edilməmiş dəniz şelfində neft hasilatı üçün “ExxonMobil” şirkətinə verdiyi konsessiyalar səbəbindən daha da kəskinləşib.

Sentyabr ayında “China National Offshore Oil Corporation”, “QatarEnergy” və “TotalEnergies” də daxil olmaqla daha yeddi transmilli şirkət Qayana hökumətindən dəniz şelfində yataqların işlənməsi üzrə lisenziya alıb.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 523




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap