“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO

Tarix 14.08.26, 22:02

Font ölçüsü : - / +
bitmap-img6


Sabah metronun hərəkətində ediləcək dəyişikliyə görə ekspres avtobuslar bu gündən fəaliyyətə başlayıb.

AzFakt.com-un Xezerxeber.az-a istinadən məlumatına görə, "Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti sabahdan müvəqqəti dayandırılacaq.

Xətlərin ayrılması başa çatana qədər sərnişinlərin daşınmasını təmin etmək məqsədilə Yerüstü Nəqliyyat Agentliyinin təşkil etdiyi 6 yeni ekspres marşrutu isə bu gündən fəaliyyətə başlayıb.

M1 ekspres avtobusları ilə yanaşı metronun "28 May” stansiyasının qarşısına "İnşaatçılar” və "20 Yanvar” metrosundan başlanğıcını götürəcək M2 və M3 ekspres avtobusları da gələcək.

Sərnişinlərin mindirib-düşürülməsi bu məntəqədə həyata keçiriləcək. Eyni zamanda, 20 müntəzəm marşrutda avtobusların sayının artırılması həyata keçiriləcək.

Metronun "Gənclik” stansiyasına isə başlanğıcını "Elmlər Akademiysı”ndan götürən M 6 ekspres avtobusları ilə yanaşı, "20 Yanvar” metrosundan hərəkət edən M5 avtobusları da gələcək. M2 nömrəli avtobuslar isə "İnşaatçılar-Nizami” və "28 May” stansiyalıarı arasında fəaliyyət göstərəcək.

Başlanğıcını Abbas Mirzə Şərifzadə küçəsindən, yəni "İnşaatçılar” metrosunun qarşısından götürəcək bu avtobuslar hərəkətini Nəsrəddin Tusi klinikası istiqamətində davam etdirəcək. 

Sərnişin axınının sıx olduğu "20 Yanvar” metrostansiyası ətrafında 3 ekspres marşrut xətti təşkil edilib.

"20 Yanvar” metrosundan çıxan M4 nömrəli avtobuslar son olaraq Alov parkının qarşısında dayanacaqlar. Layihənin icra müddətində metronun "28 May”, "Elmlər Akademiyası”, "İnşaatçılar” və "20 Yanvar” stansiyalarının qarşısında nəqliyyat könüllüləri fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.




Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap