“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib

Tarix 12.08.26, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Əmək münasibətlərində işçilərin məzuniyyət hüququ qanunvericiliklə qorunur. Lakin bəzi hallarda işçi məzuniyyətə çıxmaq əvəzinə istifadə etmədiyi günlərə görə əlavə ödəniş almağın mümkün olub-olmadığını düşünür.

İşçi məzuniyyətə çıxmayıb həmin günlərə görə əlavə pul ala bilərmi? Bu hansı hallarda mümkündür?

Demokrat.az-a bu barədə açıqlama verən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, işçi əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə təqdim etmədikdə belə, bu, onun məzuniyyətdən istifadə etməməsi üçün əsas olmayacaq:

"Belə ki, işəgötürən işçiyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə və müəyyən olunmuş məzuniyyət qrafikinə əsasən öz sərəncamı ilə onu əmək məzuniyyətinə göndərə bilər. Bu dəyişikliklə əvvəlki dövrdə bəzi işçilərin məzuniyyətdən istifadə etməmək üçün qəsdən ərizə verməməsi və ilin sonunda istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya almağa çalışması kimi halların qarşısının alınması məqsədi daşıyır. Yəni bundan sonra işçinin ərizə yazmaması avtomatik olaraq onun məzuniyyətdən istifadə etməməsinə və sonradan buna görə kompensasiya tələb etməsinə imkan verməyəcək”.

Onun sözlərinə görə, işçi müəyyən səbəblərdən əmək məzuniyyətindən istifadə etməyibsə və sonradan əmək müqaviləsinə xitam verilirsə, həmin şəxsin istifadə etmədiyi əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiya almaq hüququ saxlanılır:

"Bu məsələ də Əmək Məcəlləsində öz əksini tapıb. Beləliklə, yeni qaydalar bir tərəfdən əmək məzuniyyətindən vaxtında istifadəni təmin edir, digər tərəfdən isə əmək müqaviləsinə xitam verilərkən işçinin istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya hüququnu qoruyur”.

Beləliklə, məzuniyyət pulunu yalnız işdən çıxarkən kompensasiya şəklində almaq mümkündür.



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap