“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Tarix 29.05.21, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.

AzFakt.com xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşündə İngiltərə təmsilçiləri üz-üzə gələcəklər.

Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda oynanılacaq matçda "Mançester Siti" və "Çelsi" komandaları qitənin ən güclüsünü müəyyənləşdirmək üçün mübarizə aparacaqlar. İspaniyalı FIFA referisi Antonio Mateu Laosun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA daha əvvəl final oyununun Türkiyənin İstanbul şəhərində olacağını açıqlasa da, sonradan pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən matçın yerini dəyişdirib.

Bu görüş Çempionlar Liqasında 3-cü ingilis finalı kimi tarixə düşəcək. 2007/2008 mövsümündə "Mançester Yunayted" və "Çelsi", 2018/2019 mövsümündə isə "Liverpul" və "Tottenhem" klubları həlledici oyunda qarşılaşıblar. "Şəhərlilər" bunadək "zadəganlar"a qarşı 3 finalın hər birində qalib gəliblər.

Oyun öncəsi komandaların heyətində zədəli və cəzalı futbolçu yoxdur.

Çempionlar Liqası
2020/21 mövsümü
Final

29 may
23.00 Mançester Siti (İngiltərə) - Çelsi (İngiltərə)
Baş hakim: Antonio Mateu Laos.
Portuqaliya, "Draqau" stadionu.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi Almaniya "Bavariya"sıdı.ə



Xəbərin oxunma sayı : 457




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap