Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ

Tarix 18.04.24, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.

O bildirib ki, həmin yeniliklər aşağıdakılardır:

"Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında  proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) https://baku.edu.gov.az/az/page/333/7169  linkinə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər. Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində "Azərişığ"ın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında  məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.

Bundan başqa Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcəkdir".



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap