Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Bu məktəbli formaları uşaqlarda dəri xəstəliyi əmələ gətirə bilər - DİQQƏT

Tarix 04.09.24, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Yeni dərs ili ərəfəsində məktəb ləvazimatlarına tələbat artır. Təbii ki, bu fürsətdən istifadə edən işbazlar da tapılır. Hazırda az qala, meyvə-tərəvəz mağazalarında da məktəbli forma və ləvazimatları satılır. Mütəxəssislər isə alıcıları saxta mallara qarşı diqqətli olmağa çağırır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov TNS-ə açıqlamasında bildirib ki, hazırda əmtəə bazarında kifayət qədər arzuolunmaz məktəb ləvazimatları var: “Uzun illər ölkədə Nazirlər Kabinetinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarı qüvvədə olub. Yəni malların təhlükəsilziyi təmin edilməli və sertifikatlaşdırılmalı idi. Lakin 2019-cu ildə qərar ləğv olunub. Hazırda malların keyfiyyətinə nəzarət edən yoxdur. O cümlədən, məktəbli forma və ləvazimatları da nəzarətsizdir. Məktəbli formaları ilə bağlı ciddi problemlər var. Türkiyə, Çin, İran kimi bir çox ölkədən arzuolunmaz məktəbli formaları gətirilir. Məlumdur ki, Nazirlər Kabinetinin xüsusi qərarı ilə məktəbli formasının hazırlandığı parçanın tərkibi, forması və s. təsdiqlənib. Lakin işbazlar bu qaydalara əməl etmir. Tərkibi pambıq, yun olmayan süni materallardan hazırlanmış məktəbli formaları gətirilir və geniş şəbəkə ilə satılır”.

AİB sədri qeyd edib ki, standartlara uyğun forma tikən yerli şirkətlər var. Onun sözlərinə görə, əhalinin forma alarkən üzərindəki etiketə baxması və yerli mallara üstünlük verməsi tövsiyə olunur: “Süni, keyfiyyətsiz parçalardan hazırlanan formalar uşaqlarda dəri xəstəliyi əmələ gətirə bilər. Məktəbli çantaları və digər malların da təhülkəsizliyi təmin olunmur. Pis qoxu verən, rəngi çıxan çantalar var. Alıcılar mal seçərkən, yaş ağ tənzifi məhsula sürtsünlər. Əgər rəngi çıxırsa, belə malı almasınlar. Karandaşlarda, dərslik və test materiallarında da problemlər olur. Bəzən surəti çıxarılmış dərsliklər satılır. Dediyim kimi, bu sahələrə də heç bir dövlət qurumu nəzarət etmir”.



Xəbərin oxunma sayı : 625




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap